“OĞLUMU OĞURLATDI, DEDİ “ƏLİ DOLU” GƏL” - “Mahmudov 1 milyon 50 min pulumu aldı”
15-12-2016, 09:35
Oxunub: 3 701
Eldar Mahmudovun milli təhlükəsizlik naziri səlahiyyətlərindən istifadə edərək, törətdiyi cinayətlərin üstünün açılması ölkədə böyük rezonansa səbəb olur
Nazirliyin inzibati resurslarından ancaq cinayət yolu varlanmaq məqsədi üçün istifadə edən Eldar Mahmudov və onun dəstəsi, qanunlar bir yana, hətta mənəvi sərhədləri də aşıb.
İnsanların var-dövlətini ələ keçirmək istəyən bu qanlı dəstə vətəndaşlara ailə faciəsi yaşatmaqdan belə çəkinməyib.
Gununsesi.info-nun araşdırması zamanı Eldar Mahmudovun qurbanlarından biri də iş adamı İlham Qasımovun olduğu üzə çıxıb.
Hazırda “MTN İşi” çərçivəsində Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində zərərçəkən kimi tanınan İlham Qasımov ifadəsində Eldar Mahmudovun onun başına gətirdiyi olayı anladıb.
Bildirdiyinə görə, ondan pul almaq üçün gənc oğlunu MTN oğurlayıb: “Eldar Mahmudov oğlum Nurlan Qasımlını yaşadığı evin qarşısından oğurladaraq, onun azad olunması müqabilində 1 milyon 50 min manat pulumu aldı. Oğlum köhnə avtovağzalın yanındakı yeni binalarda yaşayırdı. Evdən çıxan kimi aparıblar. Mənə xəbər göndərdi ki, “əli dolu” gəl, oğlunu apar. Mənə dedilər ki, oğlunu azad etdirməsən, 10 ildən artıq həbsxana həyatı yaşayacaq. Məcbur olub pulu verdim”.
Çox Oxunanlar
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər
- 17-06-2025, 12:17 : İcra başçısı tərəfindən növbəti dəfə vətəndaşların müraciətləri dinlənilib
Bölgə / Xəbərlər