Güclü qara görə Lerik rayonunda 50-yə qədər kəndin elektrik enerjisi kəsilib
15-12-2016, 12:59
Oxunub: 3 260
Yağan güclü qar nəticəsində işıqsız qalan Lerik rayonunun 50-yə qədər kəndinə elektrik enerjisinin verilməsi hələ də mümkün olmayıb
"Report"un verdiyi məlumata görə, dünən axşamdan başlayaraq cənub rayonlarına güclü qar yağır.
Gecə saatlarında havanın temperaturu 3 dərəcə şaxtadan 8-10 dərəcə şaxtayadək enib.
Lerik Rayon Fövqalədə Hallar Komissiyasından bildirilib ki, rayon mərkəzində qarın qalınlığı 10 sm, Piran ərazisində isə 25 sm təşkil edir. Yüksək ərazilərdə isə qarın hündürlüyü daha çoxdur. Küləyin elektrik təsərrüfatına vurduğu ziyan aradan qaldırılsa da, yenidən rayonun 50-dək kəndi işıqsız qalıb. Bu dəfə qarın yağması elektrik təsərrüfatında fasilələrin yaranmasına səbəb olub. Qarın ağırlığına tab gətirməyən dirəklər aşıb, naqillər qırılıb. Meşəlik ərazilərdən keçən xətlərin əksəriyyəti köhnə olduğundan, rayonun Vizəzəmin istiqamətində daha çox problemlər yaranıb.
Lənkəran-Lerik yolunda isə hərəkət hələ ki, normaldır. Buzlaşan ərazilərdə lazımi tədbirlər görülür.
Bolgexeber.com
Çox Oxunanlar
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər
- 17-06-2025, 12:17 : İcra başçısı tərəfindən növbəti dəfə vətəndaşların müraciətləri dinlənilib
Bölgə / Xəbərlər