Binaların istilik təchizatı ilə bağlı məhdudiyyətlər
15-12-2016, 19:22
Oxunub: 3 122
Azəbaycanda binaların istilik təchizatı ilə bağlı bir sıra məhdudiyyətlər tətbiq ediləcək
Trend-in məlumatına görə, yeni hazırlanan “Avtonom istilik təchizatı mənbələrinin layihələndirilməsi” adlı yeni normativ akta görə, çoxmənzilli yaşayış binalarının daxilində qazanxanaların yerləşdirilməsinə yol verilməyəcək.
Qazanxanaların yaşayış binalarına bitişik və onların damında yerləşdirilməsinə icazə veriləcək. Bu halda qazanxanaların suyun temperaturunu 115°С-yə qədər olan suqızdırıcı qazanlardan istifadə etməsi və istilik gücünün 3 MVt-dan çox olmaması lazım olacaq.
Dam qazanxanalarının yaşayış sahələrinin bilavasitə örtüklərinin üstündə olmasına icazə verilməyəcək. Başqa sözlə, yaşayış sahəsinin örtüyü qazanxananın döşəməsi üçün əsas ola bilməz, dam qazanxanası tikilən binanın divarı qazanxananın divarı ola bilməz.
Məktəbəqədər uşaq və məktəb müəssisələrinin binalarına, xəstəxana və poliklinikaların korpuslarına, sanatoriya və istirahət müəssisələrinin yataq korpuslarına bitişik, onların daxilində və damında qazanxanaların layihələndirilməsinə yol verilmir.
İstənilən təyinatlı binalarda 26,5 m hündürlükdən yüksəkdə dam qazanxanasının yerləşdirilməsi Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti ilə razılaşdırılmalıdır.
Çox Oxunanlar
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər
- 17-06-2025, 12:17 : İcra başçısı tərəfindən növbəti dəfə vətəndaşların müraciətləri dinlənilib
Bölgə / Xəbərlər