Hər qeyri-iş gününə 70 milyon itiririk: Bizə bu qədər istirahət lazımdırmı?
16-12-2016, 13:54
Oxunub: 2 838
Bizdə bayramların həm sayı, həm də günləri çoxdur
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 15 dekabr 2016-cı il tarixli 10 nömrəli qərarı ilə 2017-ci ilin İş vaxtı norması və İstehsalat təqvimi təsdiq edilib.Təsdiqdən bəlli olur ki, 2017-ci ildə 20 gün bayram keçirəcəyik və təbii ki, həmin günlər qeyri-iş günü hesab olunacaq. İlin 104 gününü isə şənbə-bazar olması səbəbindən istirahət edəcəyik. Beləliklə, məzuniyyətləri saymasaq 365 günün ən azı 124 gününü dincələ biləcəyik.
Bəs görəsən iqtisadiyyatı ağır olan ölkə üçün bu qədər qeyri-iş günün olması nə dərəcədə uyğundur?
Məsələ ilə bağlı Qaynarinfo.Az-a danışan iqtisadçı-ekspert Samir Əliyev bildirib ki,Azərbaycanda qeyri iş günlərinin sayı bir çox ölkələrlə müqayisədə həddindən artıq çoxdur:
"Bizdə bayramların həm sayı, həm də günləri çoxdur. Yeni ildə, novruz bayramında birdən-birə 6-7 gün qeyri-iş günü olur. Bu arzu olunan deyil. İqtisadiyyatın indiki dövründə qeyri-iş günlərinin sayının çox olması xeyli itkidir. Müxtəlif hesablamalar var. Başqa ölkələrdə hesablıyırlar ki qeyri iş günündə ölkə iqtisadiyyatı nə qədər itirir. Böyük dövlətlərdə bu milyardlarla ölçülür".
Ekspertin sözlərinə görə, 2 il bundan öncə aparıldıqları araşdırmalar nəticəsində məlum olub ki, ölkə iqtisadiyyatı hər qeyri iş günündə təxminən 70 milyon manat itirir:
"Bu baxımdan Azərbaycanda qeyri-iş günlərinin sayı azaldılmalıdır. Lazımsız bayramlar və istirahət günlərinin müddəti qısa olmalıdır. İstirahət ildə 1 dəfə olsa kifayət edər".
Məlumat üçün qeyd edək ki, dünyada ən çox qeyri-iş olan bayram günləri Şri-Lankadadır. Bu ölkə vətəndaşlarının məzuniyyətdən savayı ildə 24 gün istirahət etmək şansı olur. İran, Maldiv adaları və Braziliyada belə günlərin sayı 21-dir. Hindistanda 18, Cənubi Koreyada 17, Yaponiyada 15 bayram günləri müəyyənləşdirib. Avstraliya və İsveçrədə 11, Sinqapur, İrlandiya və Niderlandda 10, Britaniyada 9, Kubada 8 qeyri-iş günü var.
YUNESKO-nun qiymətləndirmələrinə görə, dünya üzrə qeyri-iş günlərinin orta statistik rəqəmi 12,2 gündür. Almaniya vətəndaşları 13, İtaliya 12, ABŞ isə 11 gün evində bayram edir.
MDB ölkələrində Belorusda 13, Rusiyada 11, Ukraynada 10 gün qeyri-iş günü var.
Çox Oxunanlar
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər
- 17-06-2025, 12:17 : İcra başçısı tərəfindən növbəti dəfə vətəndaşların müraciətləri dinlənilib
Bölgə / Xəbərlər