BolgeXeber.Com » Xəbərlər » Elmar Məmmədov dindirilibmi? - Gəlişmə...

Elmar Məmmədov dindirilibmi? - Gəlişmə...

16-12-2016, 16:22
Oxunub: 2 377 Elmar Məmmədov dindirilibmi? - Gəlişmə...Bir həıftə əvvəl gözlənilmədən Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri vəzifəsindən azad edilərək ölkə gündəminə çevrilən Elmar Məmmədovun məsələsi əslində gözlənilən imiş

Bu barədə DİA.AZ-a məlumatlı mənbələrdən informasiya daxil olub. Və xəbəri verən qaynaq iddia edir ki, hətta Elmar Məmmədov dollar möhtəkirliyi ilə bağlı hüquq-mühafizə oqranları tərəfindən dindirilib də. Hələlik bu barədə müəyyən dəqiqləşmələr və araşdırma apardığımızdan yeni faktları yaxın vaxtlarda diqqətinizə çatdıracağıq. Buna qədərsə...

Qeyd edək ki, Azərbaycanın bank sektorunda məşhur sima kimi tanınmamağına baxmayaraq Elmar Məmmədov son bir neçə ildə ildırım sürətilə irəliləyib. Məlum olduğu kimi, dövlətin pul siyasətinin həyata keçirildiyi əsas bankn rəhbəri vəzifəsinə gətirilib. Əslində isə Elmar Məmmədov sıradan biri deyil. Belə ki, eks-sədr “Azərsığorta” Dövlət Şirkətinin rəhbəri, Azərbaycanda “Sığorta Mamed” kimi tanınan Məmməd Məmmədovun oğludur.

Mətbuatda yazılanlara görə, onun eyni zamanda “Azərişıq” ASC-nin rəhbəri Baba Rzayevlə quda olduğu da məlum olub. Elmar Məmmədov bu ilin yayında qızını Baba Rzayevin oğluna ərə verərək onunla qohum olub. Elmar Məmmədovun qardaşı, vaxtilə Hacı Məmmədovun bandası tərəfindən oğurlanan Əhməd Məmmədov isə “AzərTürkBank”ın VİP filialının müdiridir.
ABB-nin bu gün işdən çıxarılan İdarə Heyətinin sədri Maliyyə naziri Samir Şərifovun yaxın adamı kimi tanınır.
Elmar Məmmədovun qardaşı, vaxtilə Hacı Məmmədovun bandası tərəfindən oğurlanan Əhməd Məmmədov isə “AzərTürkBank”ın VİP filialının müdiridir.
ABB-nin bir həftə əvvəl işdən çıxarılan İdarə Heyətinin sədri Maliyyə naziri Samir Şərifovun yaxın adamı kimi tanınır.
Məmmədov Elmar Məmməd oğlu İdarə Heyətinin Sədri 9 oktyabr 1967-ci ildə anadan olub. 1991-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu “Maliyyə və kredit”, 1994-cü ildə isə Bakı Dövlət Universitetini “Hüquqşünas” ixtisası üzrə bitirib. 1995-2004-cü illərdə Azərbaycan Beynəlxalq Bankının Əməliyyat idarəsinin rəisi, Bankın Səbail filialının müdiri olub.
Ailəlidir, bir övladı var.
Qeyd edək ki, yaydılan məlumata əsasən, Beynəlxalq Bankın sədrinin “qara bazar” olayına birbaşa rəhbərlik etməsi ilə bağlı ciddi məlumatlar var. Bu hadisənin üstü açılandan sonra isə ən üst səviyyədə E. Məmmədovun cəzalandırılması ilə bağlı göstəriş verildiyi bildirilir.

DİA.AZ-a daxil olan son məlumatlarda isə qeyd olunur ki, artıq bu işlə bağlı müvafiq dövlət qurumları hüquqi araşdırma aparır və daha sərt cəzalar olacaq.

Əlavə bilgilərimiz olacaq. Bütün tərəfləri dinləməyə hazırıq...
Bolgexeber.com