“Orada yığılan pullar büdcəyə deyil, ciblərə gedir” – Deputat
16-12-2016, 20:28
Oxunub: 2 946
“Azərbaycanda bir çox ticarət mərkəzləri var ki, avtomobillərin saxlanması üçün vətəndaşlardan pul alırlar. Lakin orada yığılan pullar büdcəyə deyil, ciblərə gedir”
Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı millət vəkili Fəzail Ağamalı bildirib.
Deputat deyib ki, İnzibati Xətalar Məcəlləsinə parklanma ilə bağlı ediləcək dəyişikliklər bu pulların dövlət büdcəsinə yönəlməsinə şərait yaradacaq.
F.Ağamalı təklif edib ki, məktəblərin qarşısında avtomobillərin saxlanması üçün 15 dəqiqəlik vaxt limiti tətbiq edilsin:
“Valideynlər övladlarını məktəbə apararkən avtomobildən düşüb onu məktəbə qədər ötürür. Bu müddət insanlar cərimə olunmamalıdır.
Valideyn uşağı məktəbə qoyub qayıdanda görür ki, avtomobili qanunsuz saxladığına görə evakuator tərəfindən aparılıb. Bu baxımdan düşünürəm ki, insanlar bu cür cərimələrə məruz qalmamalıdır. Bunun üçün məktəblərin qarşısında avtomobillərin saxlanmasına 15 dəqiqəlik icazə verilməlidir”.(Ölkə.az)
Çox Oxunanlar
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər
- 17-06-2025, 12:17 : İcra başçısı tərəfindən növbəti dəfə vətəndaşların müraciətləri dinlənilib
Bölgə / Xəbərlər