Nazirlər Kabineti: Deputatın Baş nazirə ünvanladığı sual başa düşülən deyil
17-12-2016, 10:09
Oxunub: 2 642
Nazirlər Kabinetinin Mətbuat xidməti deputat Bəxtiyar Əliyevin Milli Məclisdə qaldırdığı məsələyə cavab verib
Xatırladq ki, B.Əliyev Baş nazir Artur Rasi-zadəyə müraciət edərək deputatlar üçün tikilməsi nəzərdə tutulan binalara ayrılan milyonların hara getdiyini soruşub. Deputat Baş nazirdən məsələnin aydınlaşdırılmasını xahiş edib.
Onun çıxışından sonra Milli Məclisin sədri Oqtay Əsədovun həmin iclasda bildirib ki, deputat Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq küçəsi, 501-ci məhəllədə tikiləcək binanı nəzərdə tutur. Belə ki, bəzi deputatların da mənzil almaq istədiyi həmin kooperativ yaşayış binasının tikintisi “KAT LTD” Məhdud Məsuliyyətli Müəssisə tərəfindən aparılıb və sona çatdırılmamışdır.
Bolgexeber.com-un məlumatına görə, Nazirlər Kabinetinin mətbuat xidmətindən Bizim Yol qəzetinə bildirilib ki, Nazirlər Kabinetinin 2006-cı il 30 dekabr tarixli sərəncamına əsasən o dövrdə yeni yaradılan Fövqəladə Hallar Nazirliyinin fəaliyyətinin təmin olunması məqsədi ilə tikintisi yarımçıq qalmış həmin bina yerləşdiyi əraziyə bitişik torpaq sahəsi ilə birlikdə dövlət ehtiyacları üçün alınaraq Fövqəladə Hallar Nazirliyinin balansına verilib.
“Nazirlər Kabinetinin 2008-ci il 17 noyabr tarixli Sərəncamı ilə Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq küçəsi, 501-ci məhəllədəki 1507 kv.m ərazidə yerləşən “KAT LTD” MMM-nə məxsus tikintisi yarımçıq qalan o binada aparılmış tikinti-quraşdırma işlərinin, habelə həmin əraziyə bitişik torpaq sahəsində mövcud olan yaşayış evlərinin əmlak sahiblərindən alınaraq, orada yaşayan ailələrin köçürülməsi məqsədilə “KAT LTD” MMM tərəfindən çəkilən bütün xərclərin əvəzləşdirilməsi qərara alınıb. Bu məqsədlə 2008-ci il dövlət büdcəsində nəzərdə tutulan əsaslı vəsait qoyuluşu hesabına Məhdud Məsuliyyətli Müəssisəyə 4 567 166 manat vəsait ayrılıb”-deyə açıqlamada qeyd olunur.
Mətbuat xidməti daha sonra bildirir ki, “dövlət ehtiyacı üçün alınan yarımçıq binanın əvəzinə “KAT LTD” MMM-nin bütün məsrəfləri Nazirlər Kabineti tərəfindən tamamilə ödənildikdən sonra, həmin MMM ilə ayrı-ayrı vətəndaşlar arasında bağlanmış müqavilədən irəli gələn öhdəliklərin yerinə yetirilməsinin bütün məsuliyyətini “KAT LTD” MMM daşıyır. Yuxarıda deyilənləri nəzərə alaraq, deputat Bəxtiyar Əliyevin Milli Məclisin iclası zamanı Baş nazirinə ünvanladığı sual, yumşaq desək, başa düşülən deyil və onun məsələ ilə bağlı aidiyyatı üzrə müraciət etməsi daha düzgün olardı”.
Çox Oxunanlar
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 11-05-2024, 17:48 : Bakıda daha bir YENİLİK
Xəbərlər / Ölkə
- 20-04-2024, 15:57 : Cavanşir Məmmədovla vida mərasimi keçirilir
Şou-Biznes
- 4-05-2024, 17:28 : XİN rəsmi məlumat yaydı
Siyasət / Xəbərlər
- 1-05-2024, 17:35 : Ermənistanda yeniyetmə minaya düşdü
Dünya / Xəbərlər
- 27-04-2024, 17:55 : Şeytan çarxı fəaliyyətini dayandırıb?
Xəbərlər / Ölkə
- 30-04-2024, 14:11 : “Qarabağ” - “Neftçi” oyununun stadionu dəyişdirilib
İdman
- 19-04-2024, 17:23 : Xınalığa dolu düşüb
Bölgə
- 6-05-2024, 14:39 : Ölkəmiz regionda bir çox regional və qlobal təşəbbüslərin müəllifidir
Analitika / Xəbərlər