Deputat: Qulluqçu nə qədər maaş alır ki, onun 20 manatını da vergi ödəsin?
17-12-2016, 11:39
Oxunub: 3 187
Millət vəkili Fərəc Quliyev Azərbaycanda bir sıra fəaliyyət növləri üzrə çalışanların sadələşdirilmiş vergiyə cəlb olunmasına etiraz edib
Bolgexeber.com “Qafqazinfo”-ya istinadən xəbər verir ki, deputat Milli Məclisdə bildirib ki, ev qulluqçuları, xəstələrə baxanlar üçün sadələşdirilmiş vergi 20 manat həcmində müəyyən olunub:
“Bu adamlar nə qədər məvacib alır ki, onun 20 manatını da vergi versin?! Ölkədə yaşayış minimumu 116 manatdır. Bir ailədə 3 nəfər olarsa, onlar birlikdə 400 manata qədər pul almalıdırlar ki, acından ölməsinlər. İndi onların içərisində bir nəfər də təmizlik ilə məşğul olarsa, ona bu verginin tətbiq olunması nə qədər doğru məsələdir? Ya dövlət yaşayış minimumuna uyğun olaraq həmin 3 nəfərin 400 manatını hansısa formada təmin etməlidir, ya da 400 manatdan çox vəsait alırsa, o zaman 10 manat əmsalında vergiyə cəlb oluna bilər”.
Çox Oxunanlar
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər
- 17-06-2025, 12:17 : İcra başçısı tərəfindən növbəti dəfə vətəndaşların müraciətləri dinlənilib
Bölgə / Xəbərlər