BolgeXeber.Com » Xəbərlər » Ukraynanın ən böyük bankı iflas etdi

Ukraynanın ən böyük bankı iflas etdi

19-12-2016, 18:52
Oxunub: 1 679 Ukraynanın ən böyük bankı iflas etdiUkraynanın ən böyük bankı “PrivatBank” iflas edib

Bolgexeber.com xəbər verir ki, 5,65 milyard dollar kapital kəsirini yerinə qoymayan banka dövlət əl qoyub. Dövlət bankın 20 milyon əmanətçisinin pulunu qorumağı öz üzərinə götürüb.

Bildirlir ki, “PrivatBank” yenidən sərmayələndirmə proqramının tələblərini yerinə yetirməyib və şirkətlərə verdiyi kreditlərin 97 faizi səhmdarları ilə əlaqəli şirkətlərlə bölüşdürüb.

Ölkənin maliyyə naziri “PrivatBank”ın sağlamlığına yenidən qovuşduqdan sonra satılacağını bildirib.