BolgeXeber.Com » Xəbərlər » Rusiyanın Türkiyədəki səfirinə sui-qəsd edildi – Səfir öldü (VİDEO)

Rusiyanın Türkiyədəki səfirinə sui-qəsd edildi – Səfir öldü (VİDEO)

19-12-2016, 23:58
Oxunub: 2 257 Rusiyanın Türkiyədəki səfirinə sui-qəsd edildi – Səfir öldü (VİDEO)Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov sui-qəsd nəticəsində dünyasını dəyişib

Bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bəyan edib.

“Bu gün Rusiya diplomatiyasının faciəvi günüdür. Ankarada rəsmi tədbirdə ağır yaralanan səfir Andrey Karlov dünyasını dəyişib”, deyə M.Zaxarova bildirib.

***

20:55

Təsdiqlənməmiş məlumatlara görə, silahlı hücumdan sonra Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov dünyasını dəyişib.

Bu barədə RİA Novosti agentliyinə məlumatlı mənbə bildirib.

Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, hadisə ilə əlaqədar rəsmi Moskva Türkiyə hökuməti ilə davamlı əlaqə saxlayır.

***

20:55

Ankarada Müasir İncəsənət Mərkəzində baş verən insident zamanı azı 3 nəfər xəsarət alıb.

Bu barədə NTV telekanalı xəbər verib.

Son məlumata əsasən, səfirə atəş açan şəxs öldürülüb. İnsidentdən dərhal sonra hadisə yerinə Türkiyənin daxili işlər naziri Süleyman Soylu gəlib.

***
20:27

Ankarada Müasir İncəsənət Mərkəzində rəsm sərgisinin açılış mərasimində Rusiyanın Türkiyədəki səfirinə sui-qəsd olub.

APA-nın “Milliyet”-ə istinadən verdiyi xəbərə görə, insident fotosərginin açılışı zamanı baş verib.

Sərgi salonuna daxil olan naməlum silahlı şəxs səfir Andrey Karlova atəş açıb. Onun ağır vəziyyətdə xəstəxanaya çatdırıldığı bildirilir.

Rusiyanın Ankaradakı səfirliyi olayla bağlı hələ ki, açıqlama verməyib.