Bakıdakı bayram yarmarkası çadırları sökülür - təhlükəsizlik səbəbindən
20-12-2016, 11:33
Oxunub: 2 980
Bakı Şəhər İcra Hakimiyyətinin paytaxtda təşkil etdiyi bayram yarmarkalarının keçirilməsi üçün hazırlanan çadırların fəaliyyət göstərməsinə problem yaranıb
Bu barədə Trend-ə Bakı şəhər İcra hakimiyyətinin Xidmət və Ticarət Departamentinin mətbuat xidmətinin rəhbəri Əlabbas Bağırov məlumat verib.
Qurum sözçüsü bildirib ki, buna səbəb çadırların təhlükəsizliyi ilə bağlı texniki şərtlərin tələb edilməsidir:
"Çadırların fəaliyyət göstərməsilə bağlı Fövqəladə Hallar Nazirliyinin əlaqədar qurumlarından texniki şərt almaq tələb olunur. Bununla bağlı Bakı Şəhər İcra Hakimiyyəti Fövqəladə Hallar Nazirliyinə müraciət edib. Hələlik müraciətə cavab verilməyib. Əgər çadırlar texniki şərtlərə cavab verməsə söküləcək və bayram yarmarkaları açıq hava şəraitində təşkil ediləcək. Texniki şərtlər alınmadığından isə hələlik yarmarkaların çadırlarda fəaliyyət göstərməsinə icazə verilmir".
Ə.Bağırov deyib ki, hazırda Bakıda 10 yerdə bayram yarmarkası çadırı qurulsa da, onların fəaliyyət göstərməsinə icazə verilməyib:
"Məsələn, metronun "Neftçilər" stansiyasının qarşısında quraşdırılan bayram yarmarkası çadırı sökülüb. Ola bilsin ki, başqa çadırlar da sökülsün".
Çox Oxunanlar
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər
- 17-06-2025, 12:17 : İcra başçısı tərəfindən növbəti dəfə vətəndaşların müraciətləri dinlənilib
Bölgə / Xəbərlər