Əli Abbasovun Neftçaladakı kadrı öz ampluasında – Vətəndaşlar bezib…
20-12-2016, 14:03
Oxunub: 2 177
Ölkədə rabitə sisteminin eks nazir Əli Abbasov və onun milyonları oğurladığı üçün məhkəmə qarşısına çıxarılan irili-xırdalı adamları tərəfindən iflic edildiyi göz qabağındadır
Bütün bunların fonunda Ə.Abbasovun yerlərdə qalan kadrları hələ də öz əməllərini davam etdirirlər.
Vətəndaşlara qarşı saymaz münasibət, yaranmış çox kiçik problemlərin vaxtında həll edilməməsi kimi hallar artıq əndazədən çıxmaqdadır. Hələ də Əli Abbasov qaydaları (rüşvət, korrupsiya) ilə işləyən yerlərdəki Telekommunikasiya Qovşağı müdirləri bu hərəkətləri ilə İlham Əliyevin etimad göstərib nazir təyin etdiyi Ramin Quluzadəyə qarşı bilərəkdən göstərdiyi etimadsızlıqdır. Yəni, bu hal vətəndaşların sistemə, hətta nazirə olan etimadın itirilməsinə şərait yaratmaq kimi qiymətləndirilməlidir… Əks təqdirdə onlar insanlara xidmət edər, yaranmış problemləri yoluna qoyardılar.
Məhz əməllərindən aydın görünür ki, Neftçala Telekommunikasiya Qovşağının direktoru Zülfəli Muradov bunu məharətlə kullanır.
Bizimxeber.az-ın məlumatına görə, rayon sakinlərinin Əli Abbasovun adam kimi tanıdığı Qovşaq direktorunu yalnız pul qazanmaq düşündürür. Yaranmış böyük və ya kiçik problemin həlli bu direktoru qəti maraqlandırmır. Yalnız işin pul qazanmaq tərəfini düşünən Z.Muradov kabel və dirəkləri satmaqla məşğuldur.
İlin bütün aylarında internet problemi olan rayonda ən xeyirli gəlir mənbəyi internetdir. Z.Muradovun qurduğu oyun ona internetdən külli miqdarda pul qazandırır. Bu barədə konkret faktlar göstərəcəyik…
Elə isə burda bir məqam var? Əli Abbasovun korrupsiya sistemini davam etdirən, zaman-zaman onun nəzarəti altında işləyən adamlar niyə hələ də Telekommunikasiya Qovşağının direktoru vəzifələrini tuturlar? Kimdir onları bu postda qoruyan? Kim tıəminat verir ki, onlar yenə də köhnə əməllərini davam etdirmirlər? Və ya onların bu əməlləri gələcəkdə gənc nazir Ramin Quluzadə üçün ciddi problemlə çevrilməyəcək ki?
Yaxın günlərdə bu barədə geniş araşdırma yazısını oxuyacaqsınız…
Qarşı tərəfin fikirlərinə yer verməyə hazırıq!
Çox Oxunanlar
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 17-04-2024, 10:13 : Hadı Rəcəblinin dəfn yeri açıqlandı
Gündəm
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:28 : Rəsmi Bakıdan İrəvana cavab
Siyasət / Xəbərlər
- 13-04-2024, 14:14 : Dilanın Bakıdakı gözəllik mərkəzi satışa çıxarıldı
Şou-Biznes