BolgeXeber.Com » Xəbərlər » Bakıda türk diplomatın 15 yaşlı qızı intihar edib-VİDEO

Bakıda türk diplomatın 15 yaşlı qızı intihar edib-VİDEO

21-12-2016, 11:14
Oxunub: 1 946 Bakıda türk diplomatın 15 yaşlı qızı intihar edib-VİDEOBakıda intihar edən 15 yaşlı məktəblinin türk diplomatın qızı olduğu müəyyənləşib

APA-nın əldə etdiyi məlumata görə, Nəsimi rayonu ərazisində yaşadığı binanın 10-cu mərtəbəsindən özünü ataraq intihar edən Şəvval Günlerin atası Arslan Günler Türkiyənin Azərbaycandakı səfirliyində müşavir vəzifəsində çalışır.


***

09.01


Bakıda intihar olub.

Hadisə Nəsimi rayonu Sarabski küçəsi ev 16, mənzil 38 ünvanında qeydə alınıb.

Həmin ünvanda yaşayan 15 yaşlı Türkiyə vətəndaşı Şəvval Günler özünü 10-cu mərtəbədən atıb.

İlkin məlumata görə, intihar edən qız təhsil aldığı litseydə cəzalandırılaraq dərsdən 1 günlük uzaqlaşdırılıb.

Onun bu səbəbdən intihar etdiyi bildirilir.

Faktla bağlı cinayət işi başlanıb.