Prezident o ailəyə maddi yardım ayrılması üçün sərəncam verdi
21-12-2016, 13:44
Oxunub: 2 822
Prezident İlham Əliyevin sərəncamı ilə Füzuli rayonundan olan məcburi köçkün Əkbər Babaşovun ailəsinə Nazirlər Kabinetinin müvafiq sərəncamına uyğun olaraq, birdəfəlik maddi yardım ayrılıb
Xəbər verdiyimiz kimi, noyabrın 29-da paytaxtın Nizami rayonu ərazisində Elşən Süleymanov küçəsi, 49 ünvanında yerləşən tikintisi yarımçıq qalmış binada yanğın baş verib. Baş verən faciə nəticəsində 4 nəfər ailə üzvü 1983-ci il təvəllüdlü Babaşov Seymur Əkbər oğlu, həyat yoldaşı 1986-cı il Babaşova Cəvahir Əlövsət qızı və övladları 2005-ci il təvəllüdlü Babaşov Fərhad Seymur oğlu, 2007-ci il təvəllüdlü Babaşov Elşad Seymur oğlu həlak olmuşdu.
Prezident İlham Əliyevin sərəncamı ilə Füzuli rayonundan olan məcburi köçkün Əkbər Babaşovun ailəsinə Nazirlər Kabinetinin müvafiq sərəncamına uyğun olaraq, birdəfəlik maddi yardım ayrılıb.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Gəray Fərhadov dekabrın 16-da dövlət tərəfindən ayrılmış birdəfəlik maddi yardımı Əkbər Babaşova təqdim edib. O, bildirib ki, məcburi köçkünlərin məskunlaşdığı və yanğın baş vermiş həmin ərazi özəl şirkətlərin biri tərəfindən alındığı üçün hazırda Nizami Rayon İcra Hakimiyyəti tərəfindən həmin şirkətlə danışıqlar aparılır. (AzerTac)
Çox Oxunanlar
- 17-04-2024, 10:13 : Hadı Rəcəblinin dəfn yeri açıqlandı
Gündəm
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 20-04-2024, 15:57 : Cavanşir Məmmədovla vida mərasimi keçirilir
Şou-Biznes
- 11-05-2024, 17:48 : Bakıda daha bir YENİLİK
Xəbərlər / Ölkə
- 4-05-2024, 17:28 : XİN rəsmi məlumat yaydı
Siyasət / Xəbərlər
- 18-04-2024, 17:24 : Rəqsanə İsmayılovanın əmlaklarına həbs qoyulub? - AÇIQLAMA
Şou-Biznes
- 1-05-2024, 17:35 : Ermənistanda yeniyetmə minaya düşdü
Dünya / Xəbərlər
- 27-04-2024, 17:55 : Şeytan çarxı fəaliyyətini dayandırıb?
Xəbərlər / Ölkə
- 30-04-2024, 14:11 : “Qarabağ” - “Neftçi” oyununun stadionu dəyişdirilib
İdman