BolgeXeber.Com » Xəbərlər » Sumqayıtlı tələbələrdən sürətli qatarların qrafikinə - Etiraz

Sumqayıtlı tələbələrdən sürətli qatarların qrafikinə - Etiraz

21-12-2016, 15:29
Oxunub: 2 115 Sumqayıtlı tələbələrdən sürətli qatarların qrafikinə - EtirazQatarların qrafiklərinin bu cür səmərəsiz təşkil olunması əlavə sıxlıqla yanaşı terrorla mübarizəni də çətinləşdirir

"Dövlət başçımızın göstərişləri əsasında müasir dövrün tələblərinə cavab verən Bakı-Sumqayıt elektrik qatarları xalqın istifadəsinə verilib. Lakin qatarların hərəkət qrafiki çox səmərəsiz təşkil edilib. Belə ki, səhər saat 9:50-dən sonra Bakıya növbəti qatar axşam 17:00-da yola düşür. Bakıdan da Sumqayıta 08:50-dən sonra növbəti qatar 16:00-da yola düşür".

Biu sözləri Mia.az-a Sumqayıt şəhər sakinləri, o cümlədən tələbələr adından Tahir Musayev deyib.

Onun sözlərinə görə, günorta saatlarında Sumqayıtdan-Bakıya və əks istiqamətdə qatarla gedib-gəlmək mümkün olmadığından insanlar məcbur olub yenə metrodan, avtobuslardan istifadə edir. Bu da əlavə tıxaclara və yollarda qəzalara səbəb olur:

"Əsasən çoxluq təşkil edən Bakıda və Sdumqayıtda təhsil alan tələbələr də qatarlardan yararlana bilmir. Belə ki, Bakıda I növbə təhsil alan tələbələrin dərslərinin 14:00-da bitməsini nəzərə alsaq Sumqayıta qayıtaqları üçün təqribən saat 14:45 üçün qatar olmalıdır. Həmçinin II növbə təhsil alan tələbələrin dərslərinin 14:00-da başlamasını nəzərə alaraq Bakıya getməsi üçün saat 12:30 üçün qatar olmalıdır.

Həmçinin, qatarların qrafiklərinin bu cür səmərəsiz təşkil olunması əlavə sıxlıqla yanaşı terrorla mübarizəni də çətinləşdirir.

Dövlət başçımız həm insanların rahatlığı, həm də şəhərdəki tıxacların aradan qaldırılması üçün bu qatarları xalqın istifadəsinə verib, xalqın işini rahatlaşdırır, lakin ADDY şəhərdə süni tıxac yaratmaqla bərabər, çoxsaylı insanlarda kütləvi narazılıq yaradcaq özbaşınalıqlar edir. Dövlət Dəmir Yolu İdarəsinin bu işə məsul şəxsləri görən bunu dərk etmirmi ?

Qeyd olunan problemlə əlaqədar Dövlət Dəmir Yolu İdarəsi rəhbərliyinə müraciət etsək də, problem həll edilmir ki, edilmir.

Xahiş edirik heç olmasa Bakı şəhərində I və II növbə növbə təhsil alan çoxsaylı tələbələri nəzərə alaraq saat 12:30-da Sumqayıtdan Bakıya, saat 14:45 üçün Bakıdan qatarı qrafikə salınsın".