BolgeXeber.Com » Xəbərlər » Ağsunu idarә edәn “tryo” haqda müdhiş faktlar

Ağsunu idarә edәn “tryo” haqda müdhiş faktlar

21-12-2016, 19:26
Oxunub: 3 289 Ağsunu idarә edәn “tryo” haqda müdhiş faktlarAmma, icra başçısının yaxın qohumları vә ona bu vә ya digәr yollarla bağlı olanlar vәzifә sahibidirlәr

Ölkәmizin şirvan zonasında yerlәşәn rayonlar içәrisindә daha çox sosial problemlәrin yaşandığı, süründürmәçilik amillәrinin tüğyan etdiyi, qohumbazlıq, dostbazlıq faktorunun qabardıldığı vә digәr çoxsaylı xoşagәlmәz olayların yaşandığı Ağsuda, hal¬hazırda vәziyyәt daha kritikdir. Hәlә bu azmış kimi mәmur özbaşınaslıqlarının tüğyan etmәsi isә, tamam başqa bir mövzunun söhbәtidir. Faciә odur ki, әslәn Ağsudan olan vә neçә illәrdir ki, rayonda icra başçısı vәzifәsini daşıyan Әnvәr Seyidәliyevlә bağlı dövrü mәtbuatda silsilә tәnqidi açıqlamalar yer alsa da, rayonda vәziyyәt azacıq da olsa qaydaya salınmır. Әldә etdiyimiz mәlumatlara görә, bu gün dә icra başçısının әsas vәzifәsi sakinlәrin problemlәrini hәll etmәk deyil, daha çox şәxsi mәsәlәlәrinin hәlli ilә mәşğul olmaqdan ibarәt olur. Belә bir sәbәblәr üzündәndir ki, rayonda sakinlәrin haqq sәsi eşidilmir, narazılıq hissi pik nöqtәyә çatır. Ümumiyyәtlә, media üzәrindәn apardığımız araşdırmalar zamanı “Gündәm Xәbәr” olaraq belә bir qәnaәtә gәlmişik ki, ölkәmizin şirvan zonasındakı rayonlar içәrisindә yerlәşәn Ağsuda, hal¬hazırda daha acınacaqlı durum yaranıb vә bunun da nәticәsi olaraq, sakinlәr sosial problemlәr mәngәnәsindә boğulmaqdadırlar. Adicә bir mәqama diqqәt yetirәk ki, bu gün әli-ayağı tutan hәr kәs rayonu tәrk edir, kәndlәr boşalır, iş yerlәri tapılmır, sosial problemlәr aşıb¬daşır. Amma, icra başçısının yaxın qohumları vә ona bu vә ya digәr yollarla bağlı olanlar vәzifә sahibidirlәr. İllәr uzunu Әnvәr Seyidәliyevin rayonda gördüyü işlәr, yalnız üzlük daşlar çәkdirmәkdәn ibarәt olur. Belә ki, o, rayonun hansı әrazisindә tәmir¬bәrpa işlәri aparılacaqsa, ilk öncә hәmin әrazilәrdә dağıntı¬söküntü işlәrini apartdırır, sonra da üzlük daşlar çәkdirir. Diqqәti cәlb edәn hal o olur ki, tәmir¬bәrpa işlәri ilә bağlı lazımi materiallar, mәhz Әnvәr Seyidәliyevә mәxsus obyektlәrdәn alınır. Amma, onu da unutmaq olmaz ki, hәmin materiallar olduqca şişirdilmiş qiymәtlәrә alınır ki, bu da külli miqdarda büdcә vәsaitlәrinin mәnimsәnilmәsi ilә nәticәlәnir. Rayonun iqtisadiyyatında yaşanan acınacaqlı durumun varlığı onu göstәrir ki, әksәr toplantılarda, ayrı¬ayrı obyektlәrin açılışında sәslәnәn fikirlәr, sanki baş aldatmaqdan başqa bir şey deyil. Mәsәlәn, adicә bir mәqama diqqәt yetirәk. Statistik açıqlamalara görә tәqribәn 75 min әhalisi olan Ağsuda, bu gün cәmi bir zavod işlәyir. İşlәyir necә? Çünki, ona görә necә deyirik ki, hәmin zavodun açılışında yalandan açıqlama söylәdilәr ki, “Azqranata” zavodunda 500 nәfәr işlәyәcәk. Bәs bu gün neçә nәfәr işlәyir? “Gündәm Xәbәr” olaraq әldә etdiyimiz mәlumatlara görә, hal¬hazırda hәmin zavodda cәmi 50¬60 nәfәr çalışır. Ağsunun әsas dәrdi, yuxarıda qeyd etdiyimiz kimi işsizlik problemidir. Sakinlәr iş yerlәri tapa bilmәdiklәrindәn, ünvanlı sosial yardım almaq mәqsәdilә aidiyyәti üzrә müraciәt edirlәr. Bu müraciәtlәrin dә dәrdi tapılmır. Buna sәbәb, ünvanlı sosial yardımla bağlı mәsәlәlәrin dә, bir qrup şәxsin әlindә olmasıdır. Ağsuda iqtisadiyyatın mәhvә düçar edilmәsinin әsas sәbәblәrindәn biri isә, kәnd tәsәrrüfatı sahәlәrinin lazımınca inkişaf etdirilmәmәsidir. Bu sahә dә icra başçısı başda olmaqla tәsir dairәsindә saxlandığından, kәnd tәsәrrüfatı işlәri ilә bir qrup şәxs mәşğul olurlar ki, onlar da rayonu talamaqla mәşğuldurlar. Verilәn mәlumatlara görә, bәzi sahibkarlara verilmәli olan subsidiyalar mәqsәdli şәkildә mәnimsәnilir, bu da kәnd tәsәrrüfatı sahәsinin çökmәsinә tәsir edәn әsas sәbәblәrdәn olur. Bu gün rayonda tam әksәriyyәt danışır ki, icra başçısı bәlәdiyyә torpaqlarını vә әhәmiyyәt kәsb edәn digәr әrazilәri әlә keçirib. Belә bir addımlar atmaqla o qәdәr qanunsuzluğa qol qoyulub ki, hәtta hüquq¬mühafizә orqanı әmәkdaşları da, sakinlәrin haqlı narazılıqlarını eşitmirlәr. Sözsüz ki, bu cür addımların hәr birinin arxasında Әnvәr Seyidәliyevin “barmağı” vә onun tәsir imkanları durur. Yerli sakinlәr “Gündәm Xәbәr”ә bildirirlәr ki, artıq rayon әrazisindә satılmalı torpaq sahәlәri qalmayıb. Hәlә bunlar azmış kimi, Şәhidlәr Xiyabanının әtraf әrazilәri dә әlә keçirilib. Sözsüz ki, hәyata keçirilәn satış әmәliyyatlarının hәr biri, icra başçısının “dobro” demәsindәn sonra baş tutur. Ağsu sakinlәrindәn tam әksәriyyәtinin dolanışıq vәziyyәtlәrinin minimum hәddә olmasına baxmayaraq, halhazırda sakinlәrin әn böyük problemlәri, Ağsu rayon Qaz İstismarı İdarәsi ilә yaşanmaqdadır. Belә ki, bu haqda da mәlumatları “Gündәm Xәbәr”ә çatdıranlar onu da vurğulayırlar ki, qış fәslinin soyuq günlәrindә idarәnin әmәkdaşları sakinlәrin vәziyyәtini nәzәrә almadan, borcu olanlardan qaz pulu yığılmağa başlayıblar. Hәr ünvandan 50¬100 manat arası pul tәlәb edirlәr. Baxmayaraq ki, әvvәlki borclar illәr öncә bağışlansa da, idarәnin әmәkdaşları indi hәmin pulları geri tәlәb edirlәr. Qol qoyulan qanunsuzluqlarla bağlı kimә, hara şikayәt ediriksә bir kimsә şikayәtlәrә baxmır. Buna da sәbәb, Qaz İstismarı İdarәsi rәisinin icra başçısına bağlı şәxs olmasıdır. Ağsunun bәnzәri olmayan problemlәrindәn biri dә, rayonun әslәn Ağsudan olan bir neçә nәfәr vәzifә sahibi tәrәfindәn bölüşdürülmәsidir. Hәmin şәxslәrdәn biri bugünkü icra başçısı Әnvәr Seyidәliyev, digәri onun bacısı oğlu olan, hal¬hazırda ӘӘSMN vәzifәsini daşıyan Sәlim Müslümov vә digәri isә, ARDNެdә söz sahiblәrindәn biri olan Mikayıl müәllimdir. Bir qәdәr araşdırmalar aparılarsa, o da bәlli olar ki, rayonun mәrkәzi әrazilәrindәki obyektlәrin çoxu adı çәkilәn vәzifә sahiblәrinә mәxsusdur. Yәni, hәmin obyektlәrә kәnar bir kimsәnin sahiblik etmәsini müәyyәn etmәk, yәqin ki, olduqca müşkül mәsәlә olar. Rayonda olan obyektlәrin әlә keçirilmәsindәn başqa, Ağsudakı idarә, müәssisә, tәşkilat vә digәr qurumların rәhbәrliyindә duranlar da, onlara bağlı şәxslәrdirlәr. Daha çox isә, icra başçısının yaxın qohum-әqrәbasıdır. Ümumi şәkildә götürdükdә, sakinlәr Әnvәr Seyidәliyevin icra başçısı olduğu müddәt әrzindә, onun rayonun inkişafı üçün dәyәrli bircә işini belә dilә gәtirә bilmirlәr. Çünki o, icra başçısı tәyin olunduğu gündәn yerli sakinlәrin gününü qara edib. Yalnız öz qohum¬әqrәbalarını әtrafına yığıb vә belә bir yolla da, rayonu idarә etmәkdәdir. İcra başçısının qәbul günlәri olsa da, belә bir durum yalnız sözdәdir. Ona görә sözdәdir deyirik ki, onun qәbuluna düşmәyin özü olduqca müşkül mәsәlәdir. Araşdirmamiz davam edәcәk vә növbәti saylarımızda daha müfәssәl mәlumatlarla çıxış etmәyә çalışacağıq.