BolgeXeber.Com » Xəbərlər » “Azərkontrakt”ın obyektləri bağlanır - İDDİA

“Azərkontrakt”ın obyektləri bağlanır - İDDİA

23-12-2016, 09:46
Oxunub: 2 856 “Azərkontrakt”ın obyektləri bağlanır - İDDİA“Azərkontrakt” Səhmdar Cəmiyyətinin strukturuna daxil edilmiş müəssisə və obyektlərin ləğvi barədə özəl məlumat daxil olub

Xəbərə görə, sabiq deputat Miri Qənbərovun rəhbəri olduğu qurumun tabeliyindəki idarələr struktur islahatlarına qurban gedir.

Dövlət büdcəsinə ciddi zərər vuran və vergidən milyonlar yayındıran “Azərkontrakt” Səhmdar Cəmiyyətinin obyektləri bağlanır. Onların hər birinin ləğvi xeyli sayda adamın işsiz qalacağı deməkdir.

Redaksiyamıza təqdim olunan siyahıda bu obyektlərin ləğvi planlaşdırılır:

-”Azərmetal” topdansatış ticarəti birliyi və onun Bakı şəhəri, Moskva prospekti, 98 ünvanda yerləşən anbar təchizat şahəsi (“Azərkontrakt” Səhmdar Cəmiyyəti)
-«Azərmaşavadanlıq» idarəsi və onun Bakı şəhəri, Nobel prospekti, 36 və M.Qaşqay küçəsi, 100 ünvanlarında yerləşən anbar tesərrüfatları («Azərkontrakt» Səhmdar Cəmiyyəti)
-«Yüngül və yeyinti sənayesi məhsullarının topdansatış birliyi», “Azəryüngülyeyintisənaye” və onun Bakı şəhəri, Nobel prospekti, 10 və Nizami küçəsi, 149 ünvanlarında yerləşən anbar təsərrüfatları(«Azərkontrakt» Səhmdar Cəmiyyəti)
-”Azkontrakt” Səhmdar Cəmiyyəti (“Azərkontrakt” Səhmdar Cəmiyyətinin Moskva şöbəsi)
-Texniki vasitələrin kirayə müəssisəsi-”Azərkirayə” («Azərkontrakt» Şəhmdar Cəmiyyəti)
-”Azərətsüd”- icarə müəssisəsi və onun Bakı şəhəri, Montin qəsəbəsi, Köndələn küçəsi-2 ünvanda yerləşən soyuducu bazası (keçmiş Ticarət Nazirliyi)
-«Baqqaliyyə malları üzrə respublika topdansatış ticarəti “Azərbaqqaliyyə” kontoru və onun Bakı şəhəri, Dərnəgül qəsəbəsi, 507-ci məhəllədə yerləşən anbar təsərrüfatı (keçmiş Ticarət Nazirliyi).
-«İstehsalat avtoekspedisiya» birliyi və onun Bakı şəhəri, Xırdalan qəsəbəsi, Şamaxı şossesi, 6 ünvanda yerləşən anbar təsərrüfatı (keçmiş Ticarət \Nazirliyi)
-”Azintreyd” xarici ticarət birliyi (keçmiş Ticarət Nazirliyi)
-Qax rayonunda yerləşən istirahət evi (məşhur Kasparovun istirahət və şahmat mərkəzi.Red.) (“Azərkontrakt” Səhmdar Cəmiyyəti)».

Xəbərə görə, “Azərmetal” Topdansatış Ticarət Birliyinin baş direktoru Şahin Abbasovun müsahibəsi və təqdim etdiyi sənədlər əsasında həmin obyektlərin orpaq sahələri satışa çıxarılıb.

Sitat: “Miri Qənbərov, Sizin Nazirlər Kabinetinə, Əmlak Komitəsinin sədri Kərəm Həsənova, digər dövlət orqanlarına yazdığınız məktubları bəlkə unutmusunuz.

Ərazilərimizi başqalarına satmaq üçün K.Həsənova yazdığınız bütün məktublarda yazırsınız ki, «Dövlət sifarişi olmadığına görə…» «Azərmetal» fəaliyyət göstərə bilmir. Elə isə, mən nə etməli idim, əgər Sizdən təpər-hərəkət yoxdursa!

Soruşuram, «Azkontrakt»ın tabeliynə iki müəssisə də Sonda, Miri Qənbərov yazır ki, «Çox acınacaqlı bir fakdır ki, Abbasov Şahin hələ də başa düşməyib ki, respublikamızın iqtisadi inkişafı iyirmi ildən artıq bir müddətdir ki, bazar iqtisadiyyatı istiqamətində inkişaf edir».

Miri Qənbərov, indi başa düşdüm ki, Siz həqiqətən də «Azkontrakt»ın tabeliyində olmuş digər müəssisə və təşkilatların Bakının bahalı yerlərində olan torpaq sahələrini də elə həmin bazar prinsipləri ilə kənar şəxslərə satmısınız.

Amma inanıram ki, ən azı kollektivimizin iradəsi ilə ortğaya çıxmış bu müraciətdən sonra ölkə rəhbərliyi 18 ildir status və səlahiyyət verdiyi bir dövlət qurumunun fəaliyyətsizliyinə birdəfəlik nöqtə qoyacaq”.

Bu faktların üzə çıxması və ölkə rəhbərliyinin diqqətinə çatması, həmin obyektlərin fəaliyyətsizliyinin məlum olması iqtisadi böhran dövründə onların ləğvini şərtləndirib.

M.Qənbərov isə prezidentə və dövlətə etdiyi bu kələklərə görə hələ ki məsuliyyətə cəlb olunmayıb. \\regionxeberleri.com\\