BolgeXeber.Com » Xəbərlər » “Hacı İbrahimin mənə 3 min manat borcu var, amma onu tapa bilmirəm”

“Hacı İbrahimin mənə 3 min manat borcu var, amma onu tapa bilmirəm”

23-12-2016, 10:30
Oxunub: 2 146 “Hacı İbrahimin mənə 3 min manat borcu var, amma onu tapa bilmirəm”"Hacı İbrahimin mənə 3 min manat borcu var, amma onu tapa bilmirəm”

Bu sözləri "Basta” əməkdaşı ilə söhbətində Cavadov Etibar Məmməd oğlu deyib.

Etibar Cavadov bildirir ki, "Avesta” şirkətinin prezidenti, cəmiyyətdə İbrahim Nehrəmli kimi tanınan İbrahim İbrahimovla rəsmi müqavilə əsasında əməkdaşlıq edib.

"Ona nəqliyyat vasitəsilə göstərilən xidmət haqqında müqavilə əsasında körpü tikintisində istifadə olunan texnika – Bobkat vermişəm. Sifarişə uyğun xidmət göstərilib. Ümumilikdə 10 500 manat pul almalı idim. Amma bunun bir hissəsi ödənilsə də, 3 000 manat borcu qalıb”, – Etibar Cavadov deyir.

Bəs maraqlıdır, Hacı İbrahim Nehrəmli, özünün mətbuatda dediyi kimi, yasa gedəndə "Stefano Ricci”-dən dəyəri on minlərlə dollarlıq kostyum geyinirsə, 150-200 min dollarlıq saat taxırsa, bahalı maşınlar sürürsə, görəsən, nəyə görə 3000 manat borcunu ödəyib bir tərəfə çıxmır?

Bu sualı cavablandıran Etibar Cavadov deyir ki, Hacı İbrahimin nə qədər zəngin olub-olmaması onu maraqlandırmır. "Nəyi varsa, sağlığına qismət, amma məni özümə aid borc maraqlandırır. "Ödəməyəcəm” sözünü deməyib, amma məsələ budur ki, onu ümumiyyətlə tapa bilmirəm”.