“Connect TV” ilə müştəri arasında – Qarşıdurma
23-12-2016, 15:46
Oxunub: 3 497
Bir neçə dəfə problem yaşanıb, hər dəfə də usta çağırmağa görə 10 manat pul tələb edirlər
Xırdalan şəhəri, Quşçuluq massivi, ev 34-də yaşayan Leyli Abbasova “Connect TV” şirkətinin müştərilərini aldatması ilə bağlı “Qafqazinfo”ya müraciət edib.
L. Abbasova qeyd edib ki, 2014- cu ildən “Connect tv”-yə qoşulub: “Hələ 2014- ci ildə şirkət Xırdalanda aparatları quraşdırarkən köhnə, işlənilmiş tünerlərdən istifadə etmişdi. Bununla bağlı narazılığımızı dəfələrlə bildirsək də, məsələ həllini tapmamışdı. İndi isə yeni rəqəmsal yayıma keçidlə bağlı saytlarında elan veriblər ki, 45 manata yeni tünerlər almaq lazımdır. Mən tüner almamışdan qabaq şirkətin rəsmi ofisi ilə əlaqə saxlayaraq soruşdum ki, aparatı Xırdalandakı dillerdən ala bilərəmmi? Mənə dedilər ki, heç bir problem yoxdur, oradan alın və quraşdırın, kanallar göstərəcək. Bununla bağlı səsli müraciətimin yazısı da şirkətdən təsdiqlənib. Lakin indi yeni tüner quraşdırandan sonra 20-yə yaxın kanal göstərmir. Şirkətdən isə bildirirlər ki, 10 manat ödəniş etmək lazımdır ki, usta göndərilsin və problemi həll etsin. Və onu da deyirlər ki, niyə Xırdalandakı dillerdən tüner alınıb? Halbuki özləri burada heç bir problemin olmadığını qeyd etmişdilər.
Qeyd edim ki, bu “Connect tv” ilə bağlı birinci hal deyil. Bir neçə dəfə problem yaşanıb, hər dəfə də usta çağırmağa görə 10 manat pul tələb edirlər. Şirkət isə müştəriləri üçün texniki problemlərin həllini müqaviləyə əsasən ödənişsiz həyata keçirməlidir”.
“Qafqazinfo” problemlə bağlı “Connect” şirkəti ilə əlaqə saxlayıb. Şirkətin operatoru Orxan Məmmədov bildirib ki, Xırdalandakı diler avadanlığı sata bilər, ancaq o quraşdırılmanı həyata keçirə bilməz: “Bunun üçün mərkəzi ofislə əlaqə saxlamaq lazımdır. Problem şirkətin texniki məsələlərinə görə baş veribsə, usta haqqı pulsuzdur. Digər hallarda isə usta servisi ödənişlidir”.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər