Günün qoroskopu: yeni işə və layihəyə başlamaq üçün əlverişli gündür
24-12-2016, 11:24
Oxunub: 2 900
Qoç - yeniliklər, islahatlar və dəyişikliklər üçün əlverişli zaman deyil
İşlərlə yanaşı, şəxsi münasibətlərdə təşəbbüskar olun.
Buğa - yeni işə və layihəyə başlamaq üçün əlverişli gündür. Yaranmış situasiyanı və qüvvələrinizi dürüst dəyərləndirin. Yanınızda olub sizə kömək edəcək insanlarla yanaşı, sizə mane olacaq şəxsləri müəyyənləşdirməyə çalışın.
Əkizlər - işlər çoxdur. Amma bu, sizi təlaşa salmasın. Gələcək uğurların rəhni indi qoyulur. Günün ikinci yarısında maliyyə məsələləri ilə bağlı mühüm qərarlar qəbul etmək, uzunmüddətli sərmayələr yatırmaq olar.
Xərçəng - müstəqil kommersiya fəaliyyətinə başlamaq üçün pis zaman deyil. İşgüzar görüşlər və romantik təmaslar pis olmayacaq.
Şir - gün yeni və əlverişli imkanlar vəd edir. İfrat dərəcədə ehtiyatlı davranmayın, qətiyyətli və iradəli olun. Qarşınızda sədlərlə məneələr yaranarsa, geri çəkilməyin.
Qız - peşəkar fəaliyyət müstəvisində əhəmiyyətli uğur imkanları var. Maddi durumunuzu möhkəmləndirə bilərsiniz. Gəlirlər istisna deyil.
Tərəzi - maliyyə məsələlərinin həlli baxımından əlverişlidir. Yaxınlarınızla təmaslarda fikir ayrılıqları, ixtilaflar yarana bilər. Sərt və aqressiv danışmayın, ciddi münaqişənin yaranmasına imkan verməyin.
Əqrəb - uzaq tanışlarla danışıqlar məhsuldar keçəcək. Yeni tərəfdaş və ya şərik tapmaq şansı var. Yeni işlə bağlı təklif ala bilərsiniz.
Oxatan - ən müxtəlif problemlərin həllinə başlamaq üçün əlverişli gündür. Qətiyyətli, fəndgir olun. Müşkül işlərin öhdəsindən gələrək başqalarının uğursuzluğa düçar olduğu məkanda nailiyyətlər əldə edə bilərsiniz.
Oğlaq - işgüzar məziyyətləriniz və peşəkar bacarıqlarınız barədə yaxşı məlumatlara malik insanlarda belə, xoş təəssürat oyada bilmirsiniz. Axşam saatlarında əhvalınız yaxşılaşa bilər. Gələcəyə nikbin baxmağa imkan verəcək məlumat alacaqsınız.
Dolça - hər şeyi yaxşı düşünüb ilkin hazırlığın başa vurulduğuna şübhə etməsəniz belə, işlər istədiyiniz kimi alınmaya bilər. Günün ikinci yarısında işgüzar danışıqlar uğursuz keçir
Balıqlar - gərgin, çətin gündür. Emosional fon stabil deyil. Ən kiçik problemləri ürəyinizə salmayın. İşlər alınmazsa, müzakirələrə başlamayın. Planlar və ideyaların həyata keçirilməsi ilə bağlı problemlər yarana bilər.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər