"Rüşvət verəndə işlərimiz yaxşı gedir" - Assosiasiya rəhbəri
26-12-2016, 18:01
Oxunub: 2 905
rcüstanın gömrük xidməti sərhədi keçmək istəyən Türkiyənin ağırtonnajlı yük maşınlarının sürücülərinə süni maneələr yaradır
"APA-Economics" "Kommersant" qəzetinə istinadən xəbər verir ki, belə bir iddia ilə Türkiyənin Beynəlxalq Nəqliyyatçılar Assosiasiyasının sədri Abdulla Özər çıxış edib.
Onun sözlərinə görə, türkiyəli sürücülər "Sarpi" gömrük keçid məntəqəsində müəyyən çətinliklərlə üzləşir: "Türkiyədən Gürcüstana gələn yük maşınları tamamilə boşaldılır, yoxlanılır, sonradan yenidən yüklənir. Nəticədə ciddi anlaşılmazlıqlar olur, mübahisələr yaranır. Təmir işləri getdiyindən məntəqə yarıişlək vəziyyətdədir. Artıq məsələ ilə bağlı iqtisadiyyat naziri Bülənt Tüfənkçiyə məruzə olunub. Nazir gürcü tərəfi ilə danışıb. Gürcü tərəfi əmin edib ki, problem qısa zamanda həllini tapacaq. Lakin problem hələ də qalmaqdadır. Türk olmaq cinayətdirmi? Türk maşınlarına Gürcüstanda qadağa qoyulub? Problemi həll etmək üçün Gürcüstanda yox, Azərbaycanda şirkət yaradaq? Biz rüşvət verəndə işlərimiz yaxşı gedir. Lakin biz bunu etmək istəmirik. Biz gürcü tərəfdaşlarımızla vicdanla işləmək istəyirik. Yaranmış vəziyyət onu deməyə əsas verir ki, prezident Ərdoğan işə qarışmayınca, vəziyyət düzələn deyil".
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər