MTN generalı agentlərin ləqəbini açıqladı - “Bankir”, “Kolumb”...
30-12-2016, 12:01
Oxunub: 2 697
Hazırda həbsdə olan MTN generalı Sübahir Qurbanov dövlət büdcəsindən 1 milyon manat mənimsənilməsi ittihamı üzrə istintaqa ifadəsində həmin vəsaitin agentlərə xərcləndiyini deyib
“Qafqazinfo”nun cinayət işinin materiallarından əldə etdiyi məlumata görə, S.Qurbanov 2013-cü ilin oktyabr ayında dəstə üzvləri Fizuli Əliyev və Natiq Alıyevin iştirakları ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil etməklə xüsusi xərclər üçün nəzərdə tutulmuş 1.000.000 manat məbləğində dövlət büdcə vəsaitlərinin keçmiş MTN-nin Maliyyə idarəsinin kassasından alıb mənimsəməklə talamalarının yalan olduğunu deyib:
“2013-cü ildə agentlərimizdən "Polad"a 150.000 manat, "Bankir"ə 150.000 manat, "Nefertiti"yə 100.000 manat, "Məmmədəli"yə 100.000 manat, "Əfqana"a 100.000 manat birdəfəlik pul mükafatının verilməsi məqsədilə Natiq Alıyevə, agent "Kolumb"a 100.000 manat birdəfəlik pul mükafatının verilməsi məqsədilə Elnur Həmidbəyliyə, agent "Vaqif"ə 100.000 manat birdəfəlik pul mükafatının verilməsi məqsədilə Emin İmaməliyevə, "Roman"a 100.000 manat, "Bankir"ə 100.000 manat birdəfəlik pul mükafatının verilməsi məqsədilə Fizuli Əliyevə qeyd olunan məbləğlərdə pulun kassadan alınmasına icazə verilməsinə dair sabiq nazir Eldar Mahmudovun adına raportlar, həmçinin pulların həmin agentlərə verilməsi üçün istifadə edilməsinə dair müvafiq olaraq adıçəkilən MTN əməkdaşlarına icazə arayışı vermişəm. Həmin pulların harada və necə istifadə edilməsi barədə əlavə dəqiq məlumatım yoxdur”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər