BolgeXeber.Com » Xəbərlər » Azərbaycanda ilin ilk uşağı Goranboyda dünyaya gəlib-VİDEO

Azərbaycanda ilin ilk uşağı Goranboyda dünyaya gəlib-VİDEO

2-01-2017, 10:37
Oxunub: 3 190  Azərbaycanda ilin ilk uşağı Goranboyda dünyaya gəlib-VİDEOOnlar 2017-ci ilin dünyaya göz açan ilk körpələridir

Analarının sevinci isə gözlərindən oxunur. Yeni il bir sıra ailələr üçün daha böyük sevinc bəxş edib. Belə ki, istər Bakıda, istərsə də bölgələrdə bəzi ailələrdə yeni körpələr dünyaya gəlib.

Onlar 2017-ci ilin dünyaya göz açan ilk körpələridir. Analarının sevinci isə gözlərindən oxunur.

İlk gününü yaşadığımız yeni ildə Azərbaycanın ilk körpəsi Goranboy Mərkəzi Xəstəxanasında dünyaya göz açıb. Təqvim ili yenilənən kimi Goranboyda 2 ailəninin bayramı-bayrama qarışıb. Tunzalə Qədimova və Naibə Ələkbərova övladlarını dünyaya gətiriblər.

Yeni ilin ilk saatlarında 1 qız,1 oğlan olmaqla 2 uşaq doğulub. Vəziyətləri normal olan uşaqlardan ən ağır çəkidə olanı 3,5 kq-dan artıqdı.

Bərdədə 2017-cı ilin ilk uşağı rayon Mərkəzi xəstəxanasın doğum evində dünyaya gəlib.1992-ci il təvəllüdlü Şəbnəm Həsənova oğlan uşağı dünyaya gətirib. O, Həsənovlar ailəsinin birinci övladıdır.

Gecə saat 01:15-də dünyaya gələn körpənin çəkisi 2,9 kq, boyu 49 sm-dir. Ananın və uşağın vəziyyəti normaldır. Valideynləri övladlarına hələ ad fikirləşməyiblər.

İkinci uşağı isə 17 yaşlı Ruksarə Sultanova dünyaya gətirib. Körpə bu gecə saat 01-50-də dünyaya gəlib. Onun çəkisi 3,4 kqdır.