Bayram münasibətilə əsgərlərə konsert verilib -Bərdədə(FOTOLAR)
2-01-2017, 10:58
Oxunub: 4 214
Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə Bərdə Regional Mədəniyyət və Turizm İdarəsinin silsilə tədbirləri davam etməkdədir
Bu tədbirlərdən bir qismini isə vətən keşiyində qəhrəmancasına dayanmış əsgər və zabit heyətinin qarşısında təşkil olunmuş tədbirlər təşkil edir. Beləki bu günlərdə Bərdə Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində olan Bərdə şəhər 2 nömrəli uşaq musiqi məktəbi, şəhər 4 nömrəli uşaq incəsənət məktəbi, Kətəlparaq və Kolayır kənd uşaq musiqi məktəblərinin özfəaliyyət kollektivləri N saylı hərbi hissələrdə konsert proqramı ilə çıxış ediblər. Özfəaliyyət kollektivlərinin ifasında xalq və bəstəkar mahnıları, aşıq havaları təqdim olunub, vətənpərvər ruhlu şeirlər səslənib. İfaçılardan Məmmədov Kərim, Bərxudarov Eltac, Hüseynov Calal, Əhmədov Elmir, Məmmədli Ramin, Məmmədov Elgün, Əhmədov Elnur, Əliyev Alim, Quliyev Aslan, Ramin Bayramov, İbrahim Mənəfli və digərlərinin çıxışları əsgər və zabitlərimiz tərəfindən alqışlarla qarşılanıb.
Hərbi hissələrdə təşkil olunan bu tədbirlərdə həmçinin Şaxta baba və Qar qız da iştirak edib və Azərbaycanımızın igid, cəsur əsgərlərinə bayram sovqatları hədiyyə edib.
Tədbirlərin yüksək səviyyədə təşkilinə görə hərbi hissə komandanlığı Bərdə Regional Mədəniyyət və Turizm İdarəsinə, idarənin kollektivinə minnətdarlıqlarını bildiriblər və idarənin əməkdaşlarından bir qisminə hərbi hissə adından fəxri fərmanlar təqdim ediblər.
Onu da qeyd edəkki bu cüt tədbirlər mütəmadi olaraq təşkil olunur və bundan sonra da təşkil olunacaqdır.
Sonda vətən keşiyində igid, qəhrəmancasına dayanan mübariz vətən oğullarını Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə təbrik edirik və onlara bu şərəfli yolda ləyaqətli xidmət arzu edirik.
Bayramınız mübarək igid vətən oğulları!
Bolgexeber.com











Çox Oxunanlar
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər
- 17-06-2025, 12:17 : İcra başçısı tərəfindən növbəti dəfə vətəndaşların müraciətləri dinlənilib
Bölgə / Xəbərlər