BolgeXeber.Com » Xəbərlər » İlk dəfə Azərbaycanı tərk etdi, terrora qurban getdi...- Nuranə Həsənovanın acı həyat hekayəsi - FOTO
İlk dəfə Azərbaycanı tərk etdi, terrora qurban getdi...- Nuranə Həsənovanın acı həyat hekayəsi - FOTO
3-01-2017, 13:30
Oxunub: 5 046
İstanbulda “Reina”da törədilmiş terror hücumu zamanı həlak olan azərbaycanlı Nuranə Həsənova barədə yeni məlumatlar yayılıb
Publika.az Rusiya mətbuatına istinadən həmin məlumatları təqdim edir.Məlumata görə, 28 yaşlı Nuranə Rusiya vətəndaşı olsa da, son illəri Bakıda yaşayıb. İstanbula da Azərbaycandan gedib. Ona görə də ilkin araşdırmalar zamanı Türkiyə tərəfi onu Azərbaycan vətəndaşı kimi qeydə alıb.
Dostlarının verdiyi məlumata görə, bu, Nuranənin ilk xarici səfəri olub. O, dəfələrlə xaricə getmək istəyib, lakin səfərləri baş tutmayıb.Yeni ili Türkiyədə qarşılamaq qərarını isə o, bir neçə həftə əvvəl verib. Bir müddət əvvəl uğursuz sevgi yaşayan Nuranə yeni ili başqa ölkədə əylənərək qarşılayarsa, həyatındakı problemlərin də ötən ildə qalacağını düşünüb.
Yaxın rəfiqəsi Svetlana onun çox xeyirxah, həmişə çətin anlarda başqalarının köməyinə çatan biri olduğunu deyir. Rəfiqəsi deyib ki, o, vizasız səhayət edə biləcəyi bir çox ölkə seçə bilərdi.
“ Lakin təəssüf ki, o, Türkiyəni seçdi. Kaş ora getməyəydi”.
Nuranə sosial şəbəkədə sonuncu statusunu da elə Türkiyəyə getdiyi gün paylaşıb. Dekabrın 30-da Heydər Əliyev Bakı Beynəlxalq Aerportundan İstanbula uçub. Sonuncu statusundan bir neçə saat sonra isə o, terrorun qurbanı olub.
Cəsədin tanınması üçün bacısı Türkiyəyə gedib. Yaxınlarının istəyi ilə Nuranə vətəni Azərbaycanda yanvarın 4-də dəfn ediləcək.


Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər