Bakıda qətl - oğul atasına 20 bıçaq zərbəsi vurdu
5-01-2017, 12:48
Oxunub: 3 065
Bakıda qətl hadisəsi baş verib
Trend-in məlumatına görə, hadisə yanvarın 4-də gecə saat 23:00 radələrində paytaxtın Binəqədi rayonunun Müşviqabad qəsəbəsində baş verib.
Qəsəbə sakini, 1995-ci il təvəllüdlü Novruzov Laçın Mehman oğlu yaşadıqları evdə atası - 1965-ci il təvəllüdlü Məmmədov Mehman Musa oğlu ilə mübahisə edib. Mübahisəyə səbəb isə atanın içkili olması olub. Mübahisə nəticəsində L.Novruzov M.Məmmədovu çoxsaylı bıçaq zərbələri ilə - 20 bıçaq zərbəsi endirməklə qətlə yetirib.
Məlumata görə, ata M.Məmmədov içki aludəçisi olub və bu səbəbdən də ailədə tez-tez söz-söhbət yaranırmış. Yanvarın 4-də gecə saatlarında evə yenidən içkili gələn M.Məmmədov ailə üzvləri ilə dalaşıb. L.Novruzov mətbəx bıçağı ilə atasını qətlə yetirib.
Hadisəni törədən L.Novruzov saxlanılıb. Faktla bağlı Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanılıb.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər