“Rəşad Gəncinski”: “Lənkəranskini o dünyaya mən göndərdim...”
5-01-2017, 16:43
Oxunub: 2 697
Məşhur kriminal avtoritet “Rövşən Lənkəranski”nin qətli ilə bağlı yeni nüanslar ortaya çıxıb
Virtualaz.org xəbər verir ki, Rusiya hüquq-mühafizə orqanlarındakı mənbə “Rəşad Gəncinski” ləqəbli kriminal avtoritet Rəşad İsmayılov qanqsterlər arasındakı söhbətlərdən birində Canıyevi onun əmri ilə “o biri dünyaya göndərdiklərini” deyib. “Rəşad Gənsinski” bildirib ki, Lənkəranskinin qətlinin motivi onun yaxın dostu, “göyərti kralı” kimi tanınan biznesmen Cambulat Şamiloğlunun öldürülməsidir.

Cambulat Şamiloğlunun güllələnməsi işinin istintaqının gedişi zamanı müəyyən olunub ki, bu işi Canıyevin qruplaşmasından olan iki killer həyata keçirib. Habelə məlum olub ki, Cambulatın öldürülməsi əmrini onunla münaqişədə olan Lənkəranski şəxsən verib.
Xatırladaq ki, Lənkəranski ötən il avqustun 18-də İstanbulda güllələnib. Kriminal avtoritetin qətlinə dair ortaya çıxan yeni nüanslar barədə daha ətraflı az sonra saytda məlumat yerləşdiriləcək.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər