BolgeXeber.Com » Xəbərlər » “İlin dörd fəsli” MMC-də 100 minlik mənimsəmə: - sakinlərdən Baba Rzayevə şok dosye
“İlin dörd fəsli” MMC-də 100 minlik mənimsəmə: - sakinlərdən Baba Rzayevə şok dosye
6-01-2017, 14:15
Oxunub: 3 698
“Bizə abonent kodu vermir"
“Yeni Bakı” yaşayış kompleksinin sakinləri Politika.Az vasitəsi ilə “Azərişıq” ASC-nin sədri Baba Rzayevə müraciət ediblər
Onların sözlərinə görə, “İlin dörd fəsli” MMC-nin Masazır qəsəbəsində inşa etdiyi “Yeni Bakı” yaşayış kompleksində yaşayırlar.
Şikayətçilər bildirirlər ki, üstündən 5 ildən artıq müddət keçməsinə baxmayaraq, hələ də “Azərişıq” onları abonent kimi tanımır:
“Bizə abonent kodu vermir. Bununla bağlı müraciətlərimizə isə rəhbərlik etdiyiniz qurum tərəfindən “biz o kompleksdə abonent kimi İDF MMC-ni tanıyırıq” məzmununda cavablar alırıq.
Biz də məcburiyyət qarşısında işıq pulunu ya şirkətin kompleksdə təsis etdiyi komendantlığa (bu komendantlıq özü də qeyri-qanuni fəaliyyət göstərir), ya da İDF MMC-nin bank hesabına ödəyirik.
Xüsusilə də komendantlıq ödədiyimiz pulun müqabilində bizə rəsmi qəbz təqdim etmir. Halbuki biz Azərbaycan vətəndaşı olaraq tam şəffaf və qanuni ödənişlərin tərəfdarıyıq”.
Payçılar qeyd edib ki, son bir həftədə aşkar etdiyimiz fakt bizim narahatlığımızı bir qədər də artırıb: “Müəyyən etmişik ki, İDF MMC-nin (abonent kodu 31000120768) “Azərişıq”a 100 min manatdan çox borcu var (106,178.15 – 26 dekabr, 2016-cı il tarixinə).
Bizim İDF MMC-yə elektrik enerjisi sərfiyyatına görə borcumuz olmadığı halda, MMC-nin “Azərişıq”a külli miqdarda borcunun olması bizi ciddi şəkildə narahat edir: həm borca görə işıqlar kəsilə bilər, həm də gələcəkdə İDF MMC borcu ödəməkdən imtina etsə, bu borc sakinlərin adına yazıla bilər.
Hörmətli Baba müəllim, həm borc problemini diqqətdə saxlamağınızı, həm də sakinlərin fərdi qaydada abonent kodu ilə təmin edilməsi barədə göstəriş verməyinizi Sizdən xahiş edirik”.
Çox Oxunanlar
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər
- 17-06-2025, 12:17 : İcra başçısı tərəfindən növbəti dəfə vətəndaşların müraciətləri dinlənilib
Bölgə / Xəbərlər