BolgeXeber.Com » Xəbərlər » İsmayıl Ömərovla İlqar Qılıcov da “Deputatlar binası”na köçəcəklərmi? - Yeni təfərrüatlar...
İsmayıl Ömərovla İlqar Qılıcov da “Deputatlar binası”na köçəcəklərmi? - Yeni təfərrüatlar...
7-01-2017, 09:32
Oxunub: 3 521
Tikintisi 13 il davam edən və ötən ilin son günlərində “Ağ şəhər” deyilən ərazinin yaxınlığında istifadəyə verilən “Deputatlar binası”nda mənzili olanlar sırasında daha iki tanınmış şəxsin, iki eks-deputatın adı məlum olub
Bunlar ikinci çağırış parlamentin üzvü olan sabiq millət vəkilləri – İTV-nin keçmiş şefi İsmayıl Ömərov və onun yaxın dostu, Ali Məhkəmənin hakimi İlqar Qılıcovdur.
Gununsesi.info-nu bilgiləndirən mənbənin sözlərinə görə, həmin şəxslər də 2003-cü ildə tikintisinə başlanın “Deputatlar binası”nda mənzil növbəsinə dayanıblar.
Ancaq indi onların yeni mənzillərdə yaşayıb-yaşamayacaqları tam dəqiq deyil.
Yəni, həmin binanı tikən “KAT Ltd” tərəfindən bir çox sabiq və indiki deputatlar ayrı-ayrı yerlərdə tikilmiş “göydələn”lərdə mənzillə təmin olunublar.
Bu səbəbdən adıçəkilən sabiq deputatların həmin binadakı mənzillərinə sahiblənib-sahiblənməyəcəkləri tam dəqiq deyil.
Bu arada – yeri gəlimişkən, sabiq deputatlardan Əliməmməd Nuriyev və parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəblinin həmin binadan mənzil alması faktı özünün təsdiqini tapmayıb.
Çox Oxunanlar
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər
- 17-06-2025, 12:17 : İcra başçısı tərəfindən növbəti dəfə vətəndaşların müraciətləri dinlənilib
Bölgə / Xəbərlər