Azərbaycan ağırlıqqaldıranı Olimpiya medalından məhrum edilib
13-01-2017, 15:59
Oxunub: 2 489
Azərbaycan ağırlıqqaldıranı İntiqam Zairovun 2012-ci il London Yay Olimpiya Oyunlarında gümüş medal ümidləri boşa çıxıb
Bolgexeber.com-ın Report-a istinadən məlumatına görə, Beynəlxalq Olimpiya Komitəsi 94 kq çəki dərəcəsində çıxış etmiş idmançını cəzalandırıb.
Buna səbəb kimi onun “London-2012”-dəki dopinq-testinin təkrar analizinin müsbət nəticə verməsi göstərilib. İdmançının dehidroxlormetiltestosterondan (turinabol) yararlandığı üzə çıxıb. Zairov Olimpiadada tutduğu 6-cı yerdən və buna görə aldığı diplomdan məhrum edilib.
Qeyd edək ki, İntiqam Zairovun 2008-ci il Pekin Yay Olimpiya Oyunlarındakı dopinq-testinin təkrar analizi də müsbət nəticə verib. Eyni zamanda Zairov 2015-ci il dünya çempionatında dopinq-testdən keçə bilmədiyi üçün 8 il müddətinə bütün yarışlardan kənarlaşdırılıb.
“London-2012”də də eyni halla üzləşməsi Zairovun ömürlük ağırlıqqaldırma yarışlarından uzaqlaşdırılacağı anlamına gəlir.
Çox Oxunanlar
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər
- 17-06-2025, 12:17 : İcra başçısı tərəfindən növbəti dəfə vətəndaşların müraciətləri dinlənilib
Bölgə / Xəbərlər