Samir Piriyev Kamran Həsənlidən nazirə şikayət etdi - 115 minlik qalmaqal böyüyür
14-01-2017, 09:43
Oxunub: 4 071
Müğənni Samir Piriyev şoumen Kamran Həsənlidən şikayət edib. S.Piriyev daxili işlər naziri Ramil Usubova müraciət edərək haqsızlıqla üzləşdiyini bildirib
Müğənninin şikayətinin bir nüsxəsini onun hüquqşünası Ruslan Əhmədoğlu musavat.com saytına göndərib. Həmin müraciətdə ANS Şirkətlər Qrupunun vitse-prezidenti Mirşahin Ağayev haqda da iddialar var.
Samir Piriyev daxili işlər nazirinə ünvanlandığı müraciətdə bildirib ki, şoumen Kamran Həsənli və bacısı Gülər Həsənli onun etibarından sui-istifadə edərək 115 min ABŞ dolları məbləğində pulunu Türkiyədə iş qurmaq adı ilə alıblar: “Onlar ölkədən bir manat vəsait çıxartmayıblar. Buna görə də mənə illərdir heç bir hesab nömrəsi və ya səhm təqdim edə bilmirlər. Bununla yanaşı, hətta özünün belə səhmlərini təsdiq edən heç bir sənəd təqdim olunmur. Mənim şikayətimdən sonra Nərimanov Rayon Prokurorluğunda dələduzluq maddəsi ilə cinayət işi başlanıldı. İş Nərimanov Rayon RPİ istintaq şöbəsində olanda istintaqa çoxsaylı təzyiqlərdən sonra sizə müraciət etdim. Bundan sonra iş Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq Şöbəsinə verildi”.
Müğənni bildirir ki, bu gün də istintaqa çox böyük təsir var: “Mən buna heç inanmaq istəmirəm. Lakin hansı məclisə qonaq dəvət edilirəm, orada mənə deyirlər ki, sən Kamran Həsənliyə heç nə edə bilməzsən. Çünki Kamranın ən yaxın dostu, fəaliyyəti dayandırılmış ANS Şirkətlər Qrupunun vitse-prezidenti Mirşahin Ağayev ilk gündən Bakı Şəhər Prokurorluğunda Kamran Həsənlini tapşırıb. Kamranın havadarları oradan bu işi nəzarətdə saxlayıblar. Mən inanmıram ki, Mirşahin belə bir addım atıb, dələduzu müdafiə edər. Ona görə də onu ittiham etmirəm! Lakin bir nüansı nəzərinizə çatdırmaq istəyirəm. Kamran Həsənli yenidən ANS-də işə qayıdana qədər məndən aldığı pulu hissə-hissə qaytarırdı. 15 min dollarını pul şəklində, 20 min dolların əvəzində isə avtomobilini mənə vermişdi.
ANS-ə işə düzələndən sonra bildirdi ki, get, nə bilirsən elə, əlin kimə çatırsa, şikayət et. Kamran Həsənlinin iki səs yazısını protokol qaydasında istintaqa təqdim eləmişəm və sözü gedən yazılarda o, borclu olduğunu etiraf edir və yalvararaq bildirir ki, evini satıb, pulumu qaytaracaq. Mənim vəkilim Ceyhun Yusifova daxil olan məlumatlara görə, Bakı Şəhər Prokurorluğunun idarə rəisi Mircavan müəllim Kamranın həmyerlisi və yaxın dostu olduğu üçün istintaqın gedişinə mane olur! İşi aparan müstəntiq Türkiyəyə mövcud olmayan səmhlərlə bağlı sorğu göndərib və cavabını gözləyir!”.
Müğənni müraciətində daha sonra bildirir: “Cənab nazir! Təsəvvür edin ki, müstəntiq ortada bu qədər fakt və sübut ola-ola mövcud olmayan səhmlərlə bağlı sorğunu gözləyir və işin icraatını dayandırır. Cənab nazir, xahiş edirəm məni qəbul edəsiniz və bu dələduzluq işinin ört-basdır olunmasının qarşısını alasınız”.
Çox Oxunanlar
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər
- 17-06-2025, 12:17 : İcra başçısı tərəfindən növbəti dəfə vətəndaşların müraciətləri dinlənilib
Bölgə / Xəbərlər