Bakıda supermarket əhalidən üzr istədi - Açıqlama
14-01-2017, 14:53
Oxunub: 2 786
“Fresco” supermarketlər şəbəkəsi müştəri ilə yaranan problemə görə üzr istəyib
“Qafqazinfo” xəbər verir ki, alıcılardan biri sosial şəbəkədə foto paylaşaraq marketdən aldığı bananın üzərindəki kağızda qiymətin 83 qəpik, kassada verilmiş qəbzdə isə 91 qəpik olduğunu bildirib.
Foto mətbuatda yayımlandıqdan sonra supermarketlər şəbəkəsi alıcılarından üzr istəyərək qiymət uyğunsuzluğunun texniki səhv olduğunu qeyd edib:
“İlk növbədə, belə bir hal baş verdiyi üçün sizlərdən çox üzr istəyirik, texniki səhv də olsa, bu, bizim səhvimizdir. Tamamilə sistemdə olan ləngimədən qaynaqlanan bir səhvdir. Dünən mağazamızda bananın kilosu 1.79 AZN olub, bugün isə bananın qiyməti 1.95 AZN müəyyən olunub. Rəfin üzərində qiymətin 1.95 AZN olmasına baxmayaraq (yəni müştəri alarkən bananın 1.95 AZN olduğunu bilirdi), tərəzinin texniki nasazlığı olduğu üçün həmin tərəzidə qiymət dəyişikliyi baş tutmayıb və təəsüf ki, banan köhnə qiymət ilə hesablanıb. Bu səhv üçün sizdən bir daha üzr istəyirik, amma bu o demək deyil ki, biz müştərini aldatmağa çalışmamışıq”.
Xatırladaq ki, İqtisadiyyat Nazirliyinin mətbuat katibi Abbas Əliyev məsələylə bağlı lent.az-a açıqlamasında qeydə alınan bu qiymət uyğunsuzluğunu qanun pozuntusu adlandırmışdı və bununla bağlı tədbirlər görülməli olduğunu bildirmişdi.
Çox Oxunanlar
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər
- 17-06-2025, 12:17 : İcra başçısı tərəfindən növbəti dəfə vətəndaşların müraciətləri dinlənilib
Bölgə / Xəbərlər