Məhz bu vaxtdan sonra kompüter beyni xarab etməyə başlayır
16-01-2017, 09:10
Oxunub: 3 480
Gündə 257 dəqiqə kompüter arxasında vaxt keçirmək yeniyetmələrin sağlamlığına ziyan vurmur
Bolgexeber.com Sputnik-ə istinadən xəbər verir ki, bu barədə məlumatı Oksford Universitetinin alimləri yayıblar.
Onların apardığı tədqiqat nəticəsində məlum olub ki, günün 257 dəqiqəsini kompüter arxasında keçirmək yeniyetmələrin inkişafına müsbət təsir göstərir. Amma bu vaxtdan sonra kompüter uşaqların kövrək beyinlərinə neqativ təsir göstərməyə başlayır.
Sözügedən araşdırmanın iştirakçıları Böyük Britaniyanın 120 min yeniyetməsi olub. Onlar sorğu anketinə öz gadjetləri ilə nə qədər vaxt keçirdiklərini qeyd ediblər. Sorğu nəticəsində məlum olub ki, gənclər vaxtlarının çoxunu kompüter və televizor arxasında deyil, məhz smartfonlarla keçirirlər.
Ekspertlər həmçinin müəyyən ediblər ki, ekran qarşısında nə qədər vaxt keçirmək sağlamlığa zərər vermir. Alimlərin sözlərinə görə, yeniyetmələr gündə 100 dəqiqə kompüter oyunları oynaya bilərlər.
Smartfonlardan 117 dəqiqə istifadə etmək, televizora isə 221 dəqiqəyə qədər baxmaq olar. Psixoloq Endryu Prabilzki bildirib ki, yeniyetmələr internet şəbəkəsindən faydalı məlumatlar əldə edə, reklamla birlikdə yeni şeylər öyrənə bilərlər. Bununla yanaşı, müasir texnologiyadan neqativ məqsədlər üçün istifadə etmək olmaz.
"257 dəqidə bacarıqları inkişaf etdirmək və sosial əlaqələr saxlamaq üçün kifayətdir. Bu vaxt başa çatdıqdan sonra personal kompüterlər artıq yüklənmə səbəbindən yeniyetmələrin beyninə mənfi təsir göstərməyə başlayır" - deyə alim bildirib.
Çox Oxunanlar
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər
- 17-06-2025, 12:17 : İcra başçısı tərəfindən növbəti dəfə vətəndaşların müraciətləri dinlənilib
Bölgə / Xəbərlər