Baş Prokurorluğun nümayəndə heyəti Moskvada səfərdə olub
16-01-2017, 22:37
Oxunub: 2 690
Rüstəm Usubovun başçılıq etdiyi nümayəndə heyəti Rusiya prokurorluğunun 295 illiyinə həsr olunmuş rəsmi tədbirlərdə iştirak edib
Azərbaycan prokurorluğunun nümayəndə heyəti Rusiya prokurorluğunun 295 illiyinə həsr olunmuş rəsmi tədbirlərdə iştirak etmişdir.
Baş Prokurorluğun mətbuat xidmətindən Bolgexeber.com-a verilən məlumata görə, Yanvarın 11-dən 13-dək Rusiya Federasiyası Baş prokurorunun dəvəti ilə Rusiya Prokurorluğunun 295 illiyinə həsr olunmuş tədbirlərdə iştirak etmək üçün Baş prokurorun birinci müavini Rüstəm Usubovun rəhbərlik etdiyi nümayəndə heyəti Moskva şəhərinə səfər etmişdir.
Səfər çərçivəsində nümayəndə heyəti Rusiya Federasiyasının Baş prokuroru Yuri Çayka ilə görüşərək azərbaycanlı həmkarının yubiley münasibəti ilə təbriklərini çatdırmışdır. Görüşdə iki ölkə arasında formalaşmış zəngin tarixə malik və ilbəil daha da genişlənməklə dərinləşən münasibətlər diqqətə çatdırılmaqla, hüquqi sahədə əməkdaşlığın perspektivləri müzakirə edilmişdir.
Azərbaycan nümayəndə heyəti Dövlət Kreml Sarayında keçirilmiş təntənəli yubiley mərasimində iştirak etmişdir. Tədbirdə Rusiya Federasiyası Hökumətinin sədri Dmitri Medvedev çıxış edərək Rusiya Prokurorluğunun əməkdaşlarını peşə bayramı münasibətilə təbrik etmişdir.
Nümayəndə heyətimiz mərasimdə iştirak edən Çin, İsrail, İtaliya, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Özbəkistan və digər ölkələrin nümayəndə heyətləri, həmçinin Beynəlxalq Prokurorlar Assosiasiyasının rəhbər vəzifəli şəxsləri, MDB iştirakçı dövlətləri Baş Prokurorlarının Əlaqələndirmə Şurasının icraçı katibi ilə işgüzar görüşlər keçirmiş, ikitərəfli əlaqələrin inkişaf etdirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılmışdır.
Səfər çərçivəsində nümayəndə heyətimizi ölkəmizin Rusiyadakı səfiri Polad Bülbüloğlu müşahidə etmişdir.
Çox Oxunanlar
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər
- 17-06-2025, 12:17 : İcra başçısı tərəfindən növbəti dəfə vətəndaşların müraciətləri dinlənilib
Bölgə / Xəbərlər