"Abşeron" gənclər şəhərciyində yenə problem var - ŞİKAYƏT
18-01-2017, 12:03
Oxunub: 2 897
"AKKORD”-un "Abşeron gənclər şəhərciyi”ndə yaşayan sakinlərin problemləri bitmək bilmir
Qlobal.az-a şəhərcik sakini Məhərrəm Babayev tərəfindən verilən məlumata görə, "Akkord" rəhbərliyi şəhərcikdə "Ailə tv"-dən başqa digər provayderlərə süni əngəllər yaradır.
M. Babayev vurğulayır ki, ötən ilin noyabrında mənzilinə internet xətti çəkdirmək üçün "Akkord" rəhbərliyi tərəfindən "yaşıl işıq" yandırılan "Ailə tv"-yə müraciət edib. Bir neçə gün "Ailə tv" tərəfindən get-gələ salınan sakin sonda məcbur qalaraq digər provayderlə- "GSP" MMC-lə müqavilə bağlayıb.
"60 manat xərc cəkdim. Mənzilimə 3 ay internet veriləndən sonra- dünəndən xidmət dayandırıldı. "GSP" MMC-yə zəng edib problemi deyirəm, cavab verirlər ki, "Akkord" bizə maneçilik törədir. Bizi məcbur edir ki, sakinlərlə daha baha qiymətlərlə müqavilə bağlayaq ki, onların da payı olsun. "Akkord" rəhbərliyi isə hələ ki, yaranmış vəziyyətə aydınlıq gətirmir."- deyə, M. Babayev bildirir.
Qeyd edək ki, "Akkord"-un Abşeron gənclər şəhərciyində yaşanan digər problem isə istiliklə bağlıdır. Xeyli müddətdir ki, sakinlərin məskunlaşdığı şəhərciyin qaz problemi hələ də həll olunmayıb. Problem qış aylarında daha çox özünü biruzə verir. Mənzillərin qızdırılması üçün elektrikdən istifadə olunur ki, bu da ciddi qəzalara səbəb ola bilər.
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Çox Oxunanlar
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər
- 17-06-2025, 12:17 : İcra başçısı tərəfindən növbəti dəfə vətəndaşların müraciətləri dinlənilib
Bölgə / Xəbərlər