Şabranda 6-cı sinif şagirdi intihar edib-TƏFƏRRÜAT
18-01-2017, 19:18
Oxunub: 2 103
Bu gün Şabran rayonunda 6-cı sinif şagirdinin özünü öldürməsi hadisəsinin bəzi təfərrüatları məlum olub
Daşlıyataq kənd sakini olan və günorta saatlarında yaşadığı evin həyətində özünü asaraq intihar edən 2005-ci il təvəllüdü Mütəllimov Elnur Sahib oğlunun yaxınları bildiriblər ki, onun ailəsində heç bir problem olmayıb.
Bildirilib ki, Daşlıyataq kəndində orta məktəb 4 illik olduğundan o təhsilini Ağalıq kənd orta məktəbində davam etdirirmiş. Bu gün 12 yaşlı Elnur dərsə getməyib o, səhər saatlarında qoyunları otarmaq üçün sahəyə gedib. Günorta saatlarında isə Elnur növbəsini qardaşı ilə dəyişib və kəndə nahar etməyə gəlib. Həyətə daxil olan yeniyetmə ördəkləri yemlədikdən sonra tövləyə keçib və burada özünü asıb.
E.Mütəllimovun təhsil aldığı Ağalıq kənd orta məktəbinin direktoru Nazilə Camayeva Lent.az-a bildirib ki, həmin şagirdin qiymətləri orta olub və davamiyyətində ciddi problem olmayıb: “Çox tərbiyəli, məsuliyyətli şagird idi. Təlimi əla olmasa da, davranışları, psixoloji vəziyyəti yaxşı idi. Uşaqlarla dostluq edirdi, hamı ilə münasibət saxlayırdı”.
Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
*****
18:41
Şabran rayonunda intihar olub.
APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun Daşlıyataq kəndində qeydə alınıb. 2005-ci il təvəllüdü Mütəllimov Elnur Sahib oğlu özünü asıb.
6-cı sinif şagirdi olan E. Mütəllibovun intiharının səbəbləri araşdırılır.
Faktla bağlı Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.
Çox Oxunanlar
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:28 : Rəsmi Bakıdan İrəvana cavab
Siyasət / Xəbərlər
- 17-04-2024, 10:13 : Hadı Rəcəblinin dəfn yeri açıqlandı
Gündəm