BolgeXeber.Com » Xəbərlər » “Azərbaycan Dəmir Yolları”na tibb işçiləri vacib deyil - Cavid Qurbanov ixtisarlara başladı
“Azərbaycan Dəmir Yolları”na tibb işçiləri vacib deyil - Cavid Qurbanov ixtisarlara başladı
19-01-2017, 14:33
Oxunub: 4 396
“Azərbaycan Dəmir Yolları” QSC-nin Həkim-Sanitar Xidmətinə və onun tabeliyində olan tibb müəssisələrinə 2017-ci ilin dövlət büdcəsinin vəsaitləri hesabına maliyyə yardımının dayandırılması ilə əlaqədar həmin xidmət və onun tabeliyində olan tibb müəssisələri yanvarın 1-dən təsərrüfat hesablı idarəetməyə keçiblər
Bolgexeber.com-un bizimyol.info-ya istinadən xəbərinə görə, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov orada çalışan böyük sayda işçi heyətinin maliyyələşdirilməsində çətinliklərin yarandığını bildirərək kadr potensialının optimallaşdırılması ilə bağlı əmr imzalayıb. Başqa sözlə, işçilərin ixtisar olunmasına qərar verib.
Əmək haqlarının büdcədən ayrılmaması və ixtisarların aparılması Nəsimi rayonunun Puşkin küçəsi 36 ünvanında yerləşən “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Dövlət Dəmir Yolu Xəstəxanası işçilərinin narazılığına səbəb olub.
İxtisar olunan şəxslərə 2 aylıq müavinət veriləcək, işdə qalanlar isə özləri işləyib pul qazanmalı olacaqlar.
Rəhbərlik tərəfindən o da bildirilib ki, “Azərbaycan Dəmir Yolları”na tibb işçiləri vacib deyil. Qalan işçilər öz hesabına işləyir və işlədiyi idarənin icarə haqqını verməlidirlər.
Dövlət Dəmir Yolu Xəstəxanasının işçiləri aşağı məbləğdə əmək haqqı aldıqlarını bildirirlər.
Çox Oxunanlar
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər
- 17-06-2025, 12:17 : İcra başçısı tərəfindən növbəti dəfə vətəndaşların müraciətləri dinlənilib
Bölgə / Xəbərlər