Yeməkdən sonra yatmağın sağlamlıq üçün 4 ZİYANI
20-01-2017, 10:48
Oxunub: 2 899
Bir çox insanlar bilir ki, yeməkdən dərhal sonra uzanmaq və yatmaq olmaz. Lakin bunun səbəbləri bir çoxlarımız üçün dəqiq məlum deyil
Bolgexeber.com saglamheyat.com-a istinadən bildirir ki, həkimlər xəbərdarlıq edir - yeməkdən dərhal sonra uzanan və ya yatan insanda bəzi pozulmaların inkişafı riski xeyli artır.
1. Yeməkdən dərhal sonra uzanmaq və ya yatmaq ezofagit xəstəliyinin riskini artırır. İnsan uzandıqda mədədə olan turş kütlənin bir hissəsi geriyə - qida borusuna düşə bilər. Əgər bu hal tez-tez təkrarlanarsa, bu qida borusunun divarlarının iltihabına, divarlarda xoraların əmələ gəlməsinə səbəb olur. Qida borusunun iltihabı "ezofagit" adlanır. Ezofagit çox ciddi pozulma sayılır. Uzun müddət ərzində mövcud olan, müalicə olunmayan ezofagitin fonunda qida borusu xərçəngi inkişaf edə bilər.
2. Elmi araşdırmalar göstərib ki, yeməkdən sonra yatan insanda şəkərli diabet xəstliyinin riski artır.
3. Yeməkdən sonra yatan insanda piylənmənin riski artmış olur. Yuxu zamanı mübadilə proseləri ləngiyir və bu da bədən çəkinsinin artmasına gətirib çıxardır.
4. Yeməkdən dərhal sonra yatan insanların qanında xolesterinin səviyyəsi artır. Xolesterinin səviyyəsinin artması ürək-damar sisteminə çox mənfi təsir edir, insult və infarktın riskini artırır.
Alimlər yeməkdən sonra bir qədər gəzməyi tövsiyə edirlər.
Çox Oxunanlar
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər
- 17-06-2025, 12:17 : İcra başçısı tərəfindən növbəti dəfə vətəndaşların müraciətləri dinlənilib
Bölgə / Xəbərlər