Parlamentdən Cahangir Əsgərova CİDDİ İTTİHAMLAR-MONOPOLİYA VAR
20-01-2017, 11:34
Oxunub: 3 063
“AZAl özəlləşdirməyə çıxarılmalı, eyni zamanda, Azərbaycanın hava məkanına, aviasiya sahəsinə digər şirkətlər buraxılmalıdır. Azərbaycan aviasiyası, AZAL monopolistdir. Bunun qarşısı alınnmalıdır. Azərbaycan aviasiyası, AZAL Azərbaycan iqtisadiyyatına, büdcəyə əlavə yükdür. Odur ki, AZAL özəlləşməyə çıxarılmalıdır”
Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında millət vəkili Əli Məsimli deyib.
Əli Məsimli bildirib ki, neçə ki, AZAL-ın inhisarçılığı davam edəcək, biletlərin qiymətlərinin, tariflərin müəyyənləşdirilməsində özbaşınalıqlar və bunun da nəticəsində narazılıqlar davam edəcək. “Ona görə də AZAl özəlləşdirməyə çıxarılmalı, eyni zamanda, Azərbaycanın hava məkanına, aviasiya sahəsinə digər şirkətlər də buraxılmalıdır”.
“Cahangir Əsgərov hazırda məzuniyyətdədir, qayıdan kimi onunla görüşəcəm və bu problemi onun diqqətinə çatdıracam“
Bunu isə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deputat Vahid Əhmədov deyib. Vahid Əhmədov AZAL-ı monopoliyada ittiham edib: “Azərbaycan aviasiyası, hava nəqliyyatı ilə bağlı tənqidi fikirlərimi, iradlarımı dilə gətirmək istəyirəm. Bununla bağlı, ümumiyyətlə, son illər çoxlu tənqidlər, iradlar səsləndirilir. Bu günlərdə özümün şahidi olduğum bir hadisədən danışmaq istəyirəm. Ötən ilin sonlarında yoldaşımla Türkiyəyə getmişdik, özü də biznes-klassla. Sonra elə oldu ki, iki gün gecikəsi oldum. AZAL-ın Türkiyədə nümayəndəliyi var, ora müraciət edəndə dedilər ki, bizlik deyil, biz biletləri dəyişə bilmərik, haradan almısınız, orada da müraciət edin…
Bu nə deməkdir, nə özbaşınalıqdır? Bütün bunlar AZAL-ın monopolist olmasından irəli gəlir. Çünki başqa şirkətlər Azərbaycanın hava nəqliyyatına, hava məkanına buraxılmır. AZAL hər şeyi inhisarında saxlayır, nəticədə də bu cür problemlər, narazılıqlar yaşanır”-deyə Vahid Əhmədov əlavə edib.
Azərbaycan Mülki Aviasiya Administrasiyasının direktoru Arif Məmmədov da problemi AZAL-ın rəhbərliyinə, Cahangir Əsgərova çatdıracağını bildirib". (modern.az)
Çox Oxunanlar
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər
- 17-06-2025, 12:17 : İcra başçısı tərəfindən növbəti dəfə vətəndaşların müraciətləri dinlənilib
Bölgə / Xəbərlər