İmişlidə 20 Yanvar faciəsinin il dönümü ilə bağlı anım tədbiri keçirilib-FOTO
20-01-2017, 14:25
Oxunub: 2 329
20 yanvar faciəsinin ildönümü ilə baglı İmisli rayonunda da anım tədbiri keçirilib
Qanlı şənbə gecəsində rayonun 3 sakini hadisədən ziyan çəkib. Onlardan Sürayyə Babayeva isə sovet hərbçilərinin gülləsinə tuş gəlib və həyatını itirib. Rayon ictimaiyyətinin nümayəndələri, təhsil, səhiyyə, mədəniyyət işçiləri, hüquq mühafizə orqanlarının əməkdaşları, hərbçilər Şəhidlər xiyabanına gələrək ölkəmizin bütövlüyü yolunda şəhid olan vətən oğullarının məzarlarını ziyarət edərək tər qərənfillər düzüblər. 1941-45-ci il Abidə kompleksi də ziyarət edilib.Daha sonra anım tədbiri İmişli rayon Heydər Əliyev Mərkəzində davam etdirilib.Çıxış edən İmişli rayon Icra Hakimiyyətinin başçısı Vilyam Hacıyev 27 il əvvəl Sovet hərbi birləşmələrinin Bakıda törətdiyi qırğınlardan, günahsız insanlara qarşı edilən vəhşiliklərdən danışıb. Həmin gecə qəhrəman vətən oğullarının göstərdiyi qəhrəmanlıqlar konkret faktlarla yada salınıb. Bildirilib ki, 20 yanvar faciəsi ölkəmizin tarixinə həm də qəhrəmanlıq səlnaməsi kimi daxil olub.
Bolgexeber.com
Çox Oxunanlar
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 11-05-2024, 17:48 : Bakıda daha bir YENİLİK
Xəbərlər / Ölkə
- 20-04-2024, 15:57 : Cavanşir Məmmədovla vida mərasimi keçirilir
Şou-Biznes
- 4-05-2024, 17:28 : XİN rəsmi məlumat yaydı
Siyasət / Xəbərlər
- 1-05-2024, 17:35 : Ermənistanda yeniyetmə minaya düşdü
Dünya / Xəbərlər
- 27-04-2024, 17:55 : Şeytan çarxı fəaliyyətini dayandırıb?
Xəbərlər / Ölkə
- 30-04-2024, 14:11 : “Qarabağ” - “Neftçi” oyununun stadionu dəyişdirilib
İdman
- 19-04-2024, 17:23 : Xınalığa dolu düşüb
Bölgə
- 6-05-2024, 14:39 : Ölkəmiz regionda bir çox regional və qlobal təşəbbüslərin müəllifidir
Analitika / Xəbərlər