BolgeXeber.Com » Xəbərlər » İlham Əliyevdən Çingizin nəşinin qaytarılması ilə bağlı TAPŞIRIQ

İlham Əliyevdən Çingizin nəşinin qaytarılması ilə bağlı TAPŞIRIQ

24-01-2017, 12:43
Oxunub: 2 061 İlham Əliyevdən Çingizin nəşinin qaytarılması ilə bağlı TAPŞIRIQAzərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən yanvarın 23-də Müdafiə naziri general-polkovnik Zakir Həsənov ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi səfir Anjey Kasprşiklə görüşüb

Bolgexeber.com Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, görüşdə qoşunların qarşıdurma xəttində son vəziyyət və atəşkəs rejiminin pozulması halları müzakirə olunub.

Müdafiə naziri keçən ilin dekabr ayının 29-da dövlət sərhədində düşmən təxribatının qarşısı alınarkən şəhid olmuş əsgər Qurbanov Çingiz Salman oğlunun nəşinin geri qaytarılması ilə bağlı konkret və daha ciddi tədbirlərin görülməsinin zəruriliyini qonağın diqqətinə çatdırıb.

Səfir A.Kasprşik öz növbəsində qısa müddət ərzində bu istiqamətdə əlavə tədbirlərin görüləcəyinə və məsələnin tezliklə həll olunacağına əminliyini bildirib.