BolgeXeber.Com » Xəbərlər » Cəlilabadda Gənclər Günü qeyd edildi - FOTOLAR

Cəlilabadda Gənclər Günü qeyd edildi - FOTOLAR

2-02-2017, 13:31
Oxunub: 2 224 Cəlilabadda Gənclər Günü qeyd edildi - FOTOLAR1 fevral 2017-ci il tarixdə Cəlilabad rayonunun Heydər Əliyev Mərkəzində "Gənclər Günü" ilə əlaqədar təntənəli tədbir keçirildi

Tədbirdə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, hüquq-mühafizə orqanlarının,idarə və təşkilat rəhbərləri , ictimaiyyət nümayəndələri,institut tələbələri,rayonun fəal gəncləri iştirak etdilər.Tədbirdə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov çıxış edərək tədbir iştirakçılarını salamladı, gəncləri bu əlamətdar gün münasibətilə təbrik etdi və qeyd etdi ki,bu gün 1997-ci ildə prezident Heydər Əliyevin sərəncamı ilə təsdiq olunub. Bu, Heydər Əliyevin gəncilyə göstərdiyi diqqət və qayğının bir nümunəsi idi. Gənclər günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda qeyd olunub. 1996-cı ildən başlayaraq Azərbaycanda Gənclər günü qeyd olunandan sonra digər MDB ölkələrində və Şərqi Avropa dövlətlərində də bu gün qeyd olunmağa başladı. Azərbaycanda hər il Gənclər günündə bütün istiqamətlər üzrə fəaliyyət göstərən gənclər yekun hesabat verirlər.

Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan siyasi kurs bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilr. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafına təkan vermiş, onların özlərini cəmiyyətdə təsdiq etməsində mühüm rol oynamışdır. Bu siyasət çərçivəsində uğurla icra olunan bir sıra tədbirləri sadalamaqla biz gənclərimizin dövlətçiliyə bağlı, intelektual, yüksək dünyagörüşlü bir qüvvə kimi formalaşmasının şahidi olurıq.

Bolgexeber.com xəbər verir ki, çıxışı zamanı Cəlilabada həyata keçirilən gənclər siyasəti və gənclərin sosial vəziyyəti məsələsinə də toxunan İcra başçısı qeyd etdi ki, bu gün rayonun və ölkənin ictimai-siyasi həyatında rayon gənclərinin göstərdiyi fəallıq onların hazırki səviyyəsinin kifayət qədər yüksək olduğunu söyləməyə əsas verir. Daha sonra rayonun ictimai-siyasi həyatında fəallığı ilə seçilən bir qrup gəncə Cəlilabad Rayon Gənclər və İdman idarəsinin fəxri fərmanları və qiymətli hədiyyələr təqdim olundu, möhtəşəm konsert proqramı ilə tədbir yekunlaşdı.
Cəlilabadda Gənclər Günü qeyd edildi - FOTOLAR
Cəlilabadda Gənclər Günü qeyd edildi - FOTOLAR
Cəlilabadda Gənclər Günü qeyd edildi - FOTOLAR
Cəlilabadda Gənclər Günü qeyd edildi - FOTOLAR
Cəlilabadda Gənclər Günü qeyd edildi - FOTOLAR
Cəlilabadda Gənclər Günü qeyd edildi - FOTOLAR