BolgeXeber.Com » Xəbərlər » Sabahdan hava dəyişəcək: Qar yağacaq, temperatur 4-8° enəcək-XƏBƏRDARLIQ

Sabahdan hava dəyişəcək: Qar yağacaq, temperatur 4-8° enəcək-XƏBƏRDARLIQ

7-02-2017, 12:59
Oxunub: 3 470 Sabahdan hava dəyişəcək: Qar yağacaq, temperatur 4-8° enəcək-XƏBƏRDARLIQSabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin gün ərzində bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Gecəyə doğru sulu qara keçəcəyi ehtimalı var. Mülayim şimal-qərb küləyi arabir güclənəcək.

Havanın temperaturunun gecə 1-3° isti, gündüz 5-8° isti, Bakıda gecə 1-3° isti, gündüz 5-7° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 769 mm civə sütunundan 773 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 85-95%, gündüz 65-75% təşkil edəcək.

Azərbaycanın rayonlarında səhər şimal rayonlarında, gündüz isə əksər rayonlarda arabir yağış, sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 0-5° isti, gündüz 5-9° isti, dağlarda gecə 2-7° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacağı gözlənilir.

Xəbərdarlıq

Fevralın 8-i gündüz şimal rayonlarından başlayaraq 11-dək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış, sulu qar, qar yağacağı gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 4-8° aşağı enəcək. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Əsasən dağlıq və dağətəyi rayonlarda yolların buz bağlama ehtimalı var.