BolgeXeber.Com » Xəbərlər » Vilyam Hacıyev haqda deyilənlər yalan çıxdı - TƏFƏRRÜATLAR

Vilyam Hacıyev haqda deyilənlər yalan çıxdı - TƏFƏRRÜATLAR

8-02-2017, 10:34
Oxunub: 3 899 Vilyam Hacıyev haqda deyilənlər yalan çıxdı - TƏFƏRRÜATLARFevral ayının 3-də bəzi saytlarda İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyevin sahibkar Niyaz Niyazova əngəllər törətdiyi ilə bağlı material paylaşılmışdı

Həmin materialda dövlət başçısına ünvanlanmış müraciətdə məmur özbaşınalığından, sahibkar ailəsinin məruz qaldığı haqsızlıqlardan söhbət açılırdı.
"Günahsız "Gül.-Gün." sahibkar müəssisəsinin sahibkarı Niyazov Niyaz Novruz oğlunun ailəsinin uzun illərdir ki, ACLIQ İÇİNDƏ yaşamasına siz bais olubsunuz. Hörmətli Vilyam Hacıyev, siz unutdunuz ki, sahibsiz sahibkarları nahaqdan əzmək olmazdı."- kimi fikirlər qeyd olumuşdu.

Niyaz Niyazov hətta bu məsələnin axırına kimi gedəcəyini, tapdanmış haqqını geri almadan mübarizədən çəkinməyəcəyini yazmışdı. O, Vilyam Hacıyev haqqında çox ağır ittihamlar səsləndirmişdi. Yaşadığı problemlərin səbəbkarı kimi İmişli RİH-nin başçısını görürdü.
Bolgexeber.com olaraq məsələni araşdırmağa qərar verdik. Əvvəlcə şəffaflığı təmin etmək üçün İmişli rayonundan bəzi sakinlərlə danışdıq. Və aldığımız nəticə göstərdi ki, sən demə, bu saytlar Vilyam Hacıyeva qara yaxmaqla məşğuldur.
Sakinlərin sözlərinə görə, Vilyam Hacıyev öz vəzifəsini layiqincə yerinə yetirən icra başçılarındandır.

Yazılanların nə dərəcədə həqiqətə uyğun olduğunu öyrənmək üçün İmişli RİH ilə əlaqə saxladıq. İcra Hakimiyyətindən bildirildi ki, yazılanların heç biri həqiqətə uyğun deyil.

"Son günlər belə problemlərlə tez-tez qarşılaşırıq. Artıq buna öyrəşmişik və o qədər də ciddi qəbul etmirik. Çünki bəzi jurnalistlər belə yazılarda icra başçılarını qanunsuz hərəkətlər etməkdə ittiham edirlər, ancaq onlara səslənmək istəyirik ki, əsl qanunsuz hərəkətlərə onlar yol verirlər. Jurnalist olmalarından sui-istifadə edərək icra başçılarına qara yaxırlar. Belə olmaz. Biz bu məsələ ilə ciddi məşğul oluruq. Həmin yazını yazanları ifşa edəcəyik. Hətta bu məsələ yüksək dövlət orqanlarının da narahatlığına səbəb olub. Son günlər ölkəmizdə "reket jurnalistika"ya qarşı çoxşaxəli tədbirlər görülür. Rayonumuzun sakinlərinə bildiririk ki, bu cür yalan xəbərlər allanıb, bizim fəaliyyətimiz barədə şübhəyə düşməsinlər. Bu da həmişəki kimi bizə qarşı aparılan "təxribatlardan" biridir."- deyə İmişli Rayon İcra Hakimiyyətindən bildirdilər.
Bolgexeber.com