BolgeXeber.Com » Xəbərlər » İqtisad Universitetindә kimlәrin “iqtisadi maraqları” qorunur ?

İqtisad Universitetindә kimlәrin “iqtisadi maraqları” qorunur ?

8-02-2017, 15:59
Oxunub: 2 560 İqtisad Universitetindә kimlәrin “iqtisadi maraqları” qorunur ?Xüsusilә bu ali tәhsil müәssisәsinә Әdalәt Muradovun rektor tәyinatlndan sonra şikayәtlәrin ardı¬arası kәsilmir

Әdalәt Muradovun “eksperimentlәri” müәllim¬tәlәbә qarşıdurması formalaşdırır İmtahanların “qiymәtlәri” devolivasiyadan sonra valyuta mәzәnnәlәri ilә mütәmadi tәnzimlәnir Azәrbaycan Dövlәt İqtisad Universitetinin adı ölkәnin әn çox korrupsialaşmış vә rüşvәtin at oynatdığı tәhsil ocaqları içәrisindә ilk sıralarda çәkilir. Xüsusilә bu ali tәhsil müәssisәsinә Әdalәt Muradovun rektor tәyinatlndan sonra şikayәtlәrin ardı¬arası kәsilmir. “Gündәm Xәbәr”ә daxil olan mәlumatlarda universitetdә hökm sürәn vәziyyәtin artıq tәlәbәlәr vә müәllimlәr üçün dözülmәz hal aldığı vә ciddi narazılıq doğurduğu vurğulanır. İqtisad universitetindә hәr şey bir qrupun iqtisadi maraqlarının tәmin edilmәsinә yönәldilib. Әn dәhşәtli zәrbә isә Azәrbaycan tәhsilinә, onun gәlәcәyinә vurulur. Әdalәt Muradovun “yeni iqtisadi siyasәti” nәticәsindә universitetdә tәhsil sistemi iflas hәddindәdir, rüşvәt vә korrupsiya tәlim prosesini iflic halına salıb. Rektorun әmәllәri barәsindә Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizә İdarәsinә xüsusi dosye göndәrilsә dә gözәgörünmәz himayәdarlar onu qorumağı bacarırlar. Әdalәt Muradovun “islahatları” nәinki tәlәbәlәri, hәtta müәllimlәri dә çәtin vәziyyәtә salıb, universitetdә müәllim nüfuzu zәrbә altında qalıb. “Gündәm Xәbәr”ә daxil olan mәlumatlarda bildirilir ki, Әdalәt Muradovun yaratdığı yeni münasibәtlәr sistemindә tәlәbә müәllimdәn öndәdir. Belә ki, universitetdә tәlәbәlәrin müәllimlәri qiymәtlәndirmәsi sistemi yaradılıb. Tәlәbәlәr bütün fәnlәr üzrә müәllimlәrinә 10 “fakt” üzrә qiymәt verir – necә dәrs keçir, davamiyyәti necәdir, tәlәbә ilә necә davranır, tәlәbkardırmı, tәlәbәni hәddәn artıq yüklәyirmi vә s. Müәllimlәr bildirir ki, sistem tәtbiq olunandan sonra tәlәbәlәrlә davamlı gәrginlik yaşayırlar – tәlәbәlәr mühazirәlәri yazmır, müәllim mühazirә dәftәri tәlәb edәndә “üstümüzә çox gәlәrsiz, sizә aşağı bal yazarıq” deyib açıq hәdә¬qorxu gәlirlәr. Tәlәbәdәn yaxşı bal almaq isә müәllimlәr üçün çox vacibdir. Rektorun tәtbiq etdiyi daha bir qaydaya görә aşağı bal alan müәllimlәrә elmi ad vә dәrәcәlәrin verilmәsi yubadılır. Lakin, maraqlı orasıdır ki, rektorun bu “qiymәtlәndirmә” sistemi ” müәllimlәr kimi tәlәbәlәr üçün dә әsl tәlәdir. Bildirilir ki, indiyә qәdәr bir neçә tәlәbә müәllimlәrә aşağı bal verdiyi üçün universitetdәn qovulmaq tәhlükәsi ilә üzlәşib. Rektorun tapşırıqlarını şәrtsiz yerinә yetirәn dekanlar müәllimlәrә aşağı qiymәt yazan tәlәbәlәrlә “ikialan” müәllimlәr arasında gәrginlik yaradır, sonucda tәlәbәyә elan edilir ¬ davranışına görә universitetdәn xaric olunursan. Әsl hәngamә dә bundan sonra başlanır. Dәrhal dövriyyәyә valideynlәr, dekanlarla onların arasındakı vasitәçilәr girir. Uzun¬uzadı danışıqlar, getgәllәr, yalvar¬yaxarlardan sonra dekanlar daha yuxarılarla ciddi rәqәmlәrlә ifadә olunan anlaşma әldә etmәyә razılıq verirlәr. Sonda valideyni ciddi xәrcә düşәn asi tәlәbә universitetdә saxlanır. Verilәn mәlumatda universitetdә rüşvәt miqyası katostrofik hәddә artıb. İmtahanların “qiymәtlәri” devolivasiyadan sonra valyuta mәzәnnәlәri ilә mütәmadi tәnzimlәnir. Mәlumatlarda bildirilir ki, әn böyük rüşvәt köçürmәlәr vә kәsirlәr zamanı alınır. Universitetin Dәrbәnd filialından köçürmәnin qiymәti haqqında fantastik rәqәmlәr sәslәndirilir ¬ 70¬100 min manat. Universitetlәrarası köçürmәlәr qadağan edilsә dә bir neçә “şanslı” universitetә, o sıradan İqtisad Universitetinә öz filiallarından tәlәbә köçürmәk sәlahiyyәti verilib. Әdalәt Muradov bu imkandan mәharәtlә yararlanır. TQDK imtahanlarında aşağı bal toplayanlar öncә ADİU¬nin Dәrbәnd filialına yerlәşdirilir. Sözsüz ki, bu, hәr abituriyentә qismәt olmur. Öncәlik valideynlәri 1 il sonrakı köçürmә üçün ciddi mәblәğ tәklif edәnlәrә tanınır. 1 il әli cibindә gәzәn tәlәbә 2¬ci il universitetdә peyda olur. Әdalәt Muradova qәdәr köçürülәn tәlәbәlәr ayrıca qrupda tәhsil alıb. İndi isә onlar digәr qrupların içәrisindә “әridilir”. Mәqsәd aydındır. Aşağı bal yığan tәlәbәlәrdәn formalaşdırılan qruplarda imtahan nәticәlәri dә bәrbad olur. Bu zaman onların fәrq imtahanlarını necә vermәlәri haqqında çoxlu suallar yaranır. Yeni rektor ehtimal olunan yoxlamalar zamanı belә suallarla üzlәşmәmәk üçün köçürmә tәlәbәlәri digәr qruplara bölür ki, onların aşağı nәticәlәri ümumi fonda nәzәrә çarpmasın. Redaksiyamıza daxil olan mәlumatlarda imtahanlarda alınan rüşvәtin başgicәllәndirәn mәblәğlәri dә açıqlanıb. Bildirilir ki, kәsirlәrin düzәldilmәsi üçün isә tәlәbәlәrdәn 3¬7 min manat tәlәb olunduğu bildirilir. Sonrakı yerlәri magistr, diplom işlәri tutur 1500¬2000 manat. “Gündәm Xәbәr”ә verilәn mәlumata görә Әdalәt Muradov ADİU¬da “sülalә idarәetmә sistemi” formalaşdırır. Universitetdә Әdalәt Muradovla qohumluq әlaqәsi olan 40¬a yaxın şәxs çalışır. Mәlumatlarda bildirilir ki, onun heç bir pedaqoji tәcrübәsi olmayan qohum¬qardaşı uzun illәr universitetdә dәrs deyәn müәllimlәrin başı üzәrindәn adladılaraq önәmli postlara çәkilir. Bu şәxslәrә elmi adlar vә vәzifәlәr dә sәxavәtlә paylanır. Effektiv ailә iş üsulu nәticәsindә auditoriyaya cәmi 1¬2 semestr daxil olan qohumlar baş müәllim, fәlsәfә doktoru titul vә vәzifәlәri ilә ödüllәndirilir. Heç şübhәsiz, bu durum illәrlә dәrs deyib müәllimlikdәn baş müәllimliyә, baş müәllimlikdәn dosentliyә yüksәlә bilmәyәnlәrdә qıcıq yaradır. Verilәn xәbәrlәrdә son imtahan sesiyasında universitetdә dәhşәtli durumun hökm sürdüyü vurğulanır. Tәlәbәlәr durmadan artan rüşvәtin miqyasından narazılıqlarını gizlәtmirlәr. Lakin, rektor universitetdә formalaşdırdığı “sülalә idarәetmәsi” nәticәsindә narazılıqları beşiyindәcә boğmağı bacarır. İqtisad Universiteti bir qrupun iqtisadi maraqlarını tәmin etmәyә xidmәt etmәkdә davam edir.
Qarşı tərəfin fikirlərinə yer verməyə hazırıq!