BolgeXeber.Com » Xəbərlər » Prezident şəhidimizin medalını atasına şəxsən təqdim etdi - Foto

Prezident şəhidimizin medalını atasına şəxsən təqdim etdi - Foto

9-02-2017, 15:36
Oxunub: 2 297 Prezident şəhidimizin medalını atasına şəxsən təqdim etdi - Fotoİlham Əliyev: “Çingizlə fəxr edirik”

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 9-da Milli Qəhrəman Çingiz Qurbanovun ailə üzvləri ilə görüşüb. Bolgexeber.com xəbər verir ki, görüşdə Prezident İlham Əliyev Milli Qəhrəman Çingiz Qurbanovun “Qızıl ulduz” medalını şəhidimizin atasına şəxsən təqdim edib.

Keçən il dekabrın 29-da əsgər Çingiz Qurbanov doğma torpağını müdafiə edərkən qəhrəmancasına həlak oldu. Çingiz böyük qəhrəmanlıq, igidlik göstərib.
Bunu Azərbaycan Prezidenti İlham Əliyev fevralın 9-da Milli Qəhrəman Çingiz Qurbanovun ailə üzvləri ilə görüşdə deyib.
Dövlət başçısı qeyd edib ki, Çingiz düşmənlə üz-üzə qalaraq qeyri-bərabər döyüşdə bir daha düşmənə göstərdi ki, Azərbaycan əsgəri nəyə qadirdir:
"Geri çəkilmədi, qorxmadı. Baxmayaraq ki, təkbaşına böyük diversant qrupu ilə üz-üzə qalmışdı. O, son nəfəsinə qədər vuruşub, bir neçə işğalçını məhv edib, şəhidlik zirvəsinə ucalıb. Biz Çingizlə fəxr edirik. Bütün Azərbaycan Çingizlə fəxr edir. O, bir daha göstərdi ki, Azərbaycan vətəndaşı, Azərbaycan gənci, Azərbaycan gəncləri bugünkü vəziyyətlə heç vaxt barışmayacaq. Bu bir daha göstərdi ki, Azərbaycan dövlətinin güclü əsgərləri var".