BolgeXeber.Com » Xəbərlər » Baş prokuror Göyçayda vətəndaşları qəbul edəcək

Baş prokuror Göyçayda vətəndaşları qəbul edəcək

10-02-2017, 11:25
Oxunub: 1 761 Baş prokuror Göyçayda vətəndaşları qəbul edəcəkGöyçay, Kürdəmir, Şamaxı, İsmayıllı, Ağsu və Qobustan rayonlarında yaşayan vətəndaşların nəzərinə

Baş prokurorluğun mətbuat xidmətindən Bolgexeber.com a verilən məlumata görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Baş prokuror Zakir Qaralov cari il fevralın 17-də saat 10:00-da Göyçay şəhər prokurorluğunun inzibati binasında Göyçay, Kürdəmir, Şamaxı, İsmayıllı, Ağsu və Qobustan rayonlarında yaşayan vətəndaşların qəbulunu keçirəcəkdir.
Qəbulda vətəndaşların prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan müraciətlərinə baxılacaqdır.
Qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı və Göyçay şəhərinə gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcəkdir.
Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin 437-28-79 nömrəli telefonu və [email protected] elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.
Bolgexeber.com