BolgeXeber.Com » Xəbərlər » Şuşanın Malıbəyli və Quşçular kəndlərinin işğalından 25 il keçir

Şuşanın Malıbəyli və Quşçular kəndlərinin işğalından 25 il keçir

11-02-2017, 11:17
Oxunub: 3 189 Şuşanın Malıbəyli və Quşçular kəndlərinin işğalından 25 il keçirArtıq 25 ildir ki, Şuşanın Malıbəyli və Quşçular kəndi işğal altındadır

Bolgexeber.com APA-ya istinadən xəbər verir ki, erməni hərbi birləşmələri Xankəndi şəhərində dislokasiya olunmuş 366-cı alayın silah və texnikasının, habelə orada xidmət edən erməni və rus hərbçilərin köməyi ilə fevralın 9-dan etibarən Malıbəyli və Quşçular kəndləri üzərinə hücuma keçib.

Üç gün davam edən qeyri-bərabər döyüşdən sonra 1992-ci il fevralın 11-də hər iki kənd işğal edilib. Kəndlər yandırılıb, yaşayış evləri, məktəblər, uşaq bağçaları, xəstəxanalar, məişət evləri, inzibati binalar, mədəniyyət abidələri, təsərrüfat obyektləri məhv edilib.

İşğal nəticəsində iki kəndin 30-dək dinc sakini qətlə yetirilib, əsir götürülüb, yüzlərlə sakin yaralanıb.

Qalan əhali qarlı, şaxtalı havada bir neçə kilometr dağ yolunu və erməni postlarını çətinliklə keçərək Ağdam rayonuna gələ bilib.