KİV: Şimali Koreya liderinin qardaşı öldürülüb
14-02-2017, 18:22
Oxunub: 2 941
Şimali Koreyanın lideri Kİm Çen Inın qardaşı Malayziyada qətlə yetirilib
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Cənubi Koreyanın “Yonhap” xəbər agentliyi məlumat yayıb.
İnformasiyaya əsasən, Kim Çen Inın atabir qardaşı Kim Çon Nam Malayziyanın paytaxtı Kuala-Lumpurda hava limanında Şimali Koreyanın xüsusi xidmət orqanının iki əməkdaşı tərəfindən zəhərlənərək, öldürülüb.
“Reuters” xəbər verir ki, Malayziya polisi naməlum kişinin hava limanından xəstəxanaya aparılarkən yolda öldüyünü təsdiqləyib.
Xəbərdə bildirilib ki, Malayziyanın təhlükəsizlik xidməti hələlik ölənin kimliyini təsdiqləməyib.
Qeyd edək ki, Kim Çon Nam Şimali Koreyanın keçmiş rəhbəri Kim Çen İrin böyük oğlu, ölkənin indiki lideri Kim Çen Inın atabir ögey qardaşıdır.
Xəbərlərə görə, o, varisliyə namizəd sayılıb. 2015-ci ildə ölkədən qaçıb.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər