İki nazir müavini də vəzifədən getdi
15-02-2017, 13:04
Oxunub: 3 129
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yaradılması barədə Prezident İlham Əliyevin 13 fevral tarixli sərəncamı ilə ləğv edilən Nəqliyyat Nazirliyinin nazir müavinləri də vəzifəsini itirib
Axar.az xəbər verir ki, Nəqliyyat nazirinin müavinləri Musa Sədi oğlu Pənahov və Arif Nəriman oglu Əsgərovun da nazirliyin ləğvindən sonra yeni təyinatları yoxdur.
Keçmiş nazir müavini M.Pənahov 1959-ci ildə anadan olub, Moskva Nəqliyyat Mühəndisləri İnstitutunu və Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib.
23 fevral 2004-cı ildən Nəqliyyat nazirinin müavini vəzifəsində çalışırdı.
Digər sabiq müavin – A.Əsgərov 1961-ci ildə anadan olub, Moskva Nəqliyyat Mühəndisləri İnstitutunu bitirib.
9 fevral 2015-ci ildən Nəqliyyat nazirinin müavini vəzifəsində çalışırdı.
Xatırladaq ki, Nəqliyyat nazirliyinin mətbuat xidmətinin rəhbəri, tanınmış jurnalist Namiq Həsənov da nazirliyin ləğvi ilə vəzifəsini itirib.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər